“Bakı” klubu İtaliya şirkəti ilə müqavilə bağladı - FOTO
25 iyun 2011 12:42 (UTC +04:00)

“Bakı” klubu İtaliya şirkəti ilə müqavilə bağladı - FOTO

Lent.az-ın məlumatına görə, “Bakı” təlim-məşq bazasında imzalanan sənədə klubun vitse-prezidenti Zeynal Məmmədov və “Macron” şirkəti idarə heyətini sədri Canluka Pavanello imza atıblar.

Əldə olunan razılaşmaya əsasən, Macron 2011 - 2013 illərdə “Bakı”nın bütün komandalarını idman geyimləri ilə təmin edəcək. Zeynal Məmmədov İmzalama mərasimindən sonra bu müqavilənin klub üçün xeyirli olacağına inandığını söyləyib: “Bu gün dünyanın aparıcı şırkətlərindən biri ilə texniki sponsorluq haqqında müqavilə imzaladıq. Ümidvaram ki, növbəti mövsüm “Macron” formasında çıxış edən komandalarımız bizi və azarkeşlərimizi sevindirəcək və daha böyük uğurlar qazanacaqlar”.


Canluka Pavanello isə Azərbaycanda ilk olaraq “Bakı” futbol klubu ilə anlaşmadan məmnun qaldığını bildirib: “Bakı”nın iddialı bir klub olduğunu bilirik. Əminəm ki, seçimimizdə yanılmamışıq. Klubun təlim-məşq bazası ilə tanış oldum və bildirmək istəyirəm ki, burada gördüklərim mənim üçün tam bir sürpriz oldu. Bu fantastikadır. “Bakı” gələcəyi düşünən, gənc nəsillərə şans yaradan bir klubdur. Bunun nəticəsini yaxın zamanlarda görəcəyik. Əlimizdən gələni edəcəyik ki, bü gün bü gözəl salonda imzalanan müqavilə Macron və “Bakı” futbol klubu üçün düşərli və xeyirli olsun”.


Qeyd edək ki, “Macron” İtaliyanın ən köklü geyim şirkətlərindən biridir. 1971-ci ildə əsası qoyulan qurumun baş gərargahı Bolonya şəhərində yerləşir. Dünyanın bir cox aparıcı ölkələrinin futbol, basketbol, voleybol klubları və milli komandaları “Macron”un ən müasir texnologiyalar əsasında hazırlanmış formalarında çıxış edirlər. “Macron” prezidentini ölkəmizə işgüzar səfər zamanı şirkətin milli və beynəlxalq satış meneceri Stefano Mazzardo və Türkiyə təmsilçisi Nəcməddin Çelikxan müşayət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar