Rusiya prezidentinin mükafatına azərbaycanlı çapar da iddialıdır
İyunun 24-də Kazan şəhərində Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda keçiriləcək cıdır yarışında Azərbaycan da təmsil olunacaq. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Lent.az-a verilən məlumata görə, ölkəmizi Xvtsio Abelaşvili təmsil edəcək.
Bakıda yaşayan əslən gürcüstanlı Abelaşvili “Mini Squeal” ləqəbli atla çıxış edəcək. Turnirin mükafat fondu 10 milyon rubl təşkil edəcək. Çaparımız 2,4 km məsafəyə yürüşdə iştirak edəcək. Ümumiyyətlə, yarışda Rusiya regionları və MDB ölkələrindən olan 15 at mübarizə aparacaq.
Hər il keçirilən turnirdə ölkəmiz ikinci dəfə təmsil olunacaq. İlk dəfə 2009-cu ildə Qari Xint “Lake Poet” ləqəbli atla mübarizə aparıb və 5-ci yeri tutub. ARAF bu dəfə daha yüksək yerlərdən birini tutmağı hədəfləyib. Federasiyanın baş katibi Bəhruz Nəbiyevin rəhbərliyi altında Bakıdan Kazana nümayəndə heyəti yollanıb. Xvtsio Abelaşvili yığmamızın baş məşqçisi Yaqub Musayev və məşqçi Hüseyn Zamanovun rəhbərliyi altında turnirə hazırlaşıb.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31