Avropa çempionatında Azərbaycanı 16 yaşlı avarçəkən təmsil edəcək
Lent.az-ın məlumatına görə, iki gün davam edəcək qitə birinciliyində Azərbaycanı Boris Yotov təmsil edəcək.
Yotov 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşə qatılacaq. Ondan əlavə, daha 11 idmançı bu qayıq tipində mükafatlara iddia edəcək. Yarışın əsasnaməsinə görə, Avropa çempionatının ilk yarış günündə Yotov seçmə yürüşə qatılacaq. Həmin gün təsəlliverici yürüşlər də baş tutacaq. Əsas və ikinci dərəcəli final yürüşləri ertəsi gün olacaq. Açılış mərasimi isə çempionatdan bir gün öncə - iyunun 24-ə nəzərdə tutulub.
Qeyd edək ki, Boris Yotov Azərbaycanın ən istedadlı akademik avarçəkənlərindəndir. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, 18 yaşlılar arasında uğurlu nəticələri ilə diqqət çəkir. Yotov Polşaya milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanıb. Avarçəkənimiz çempionat öncəsi Almaniyanın Münhen şəhərində “Internationale DRV-Junioren-Regatta” turnirində qızıl, Rusiyanın paytaxtı Moskvada isə Beynəlxalq Dostluq reqatasında gümüş medala sahib olub. O, eyni zamanda Almaniyada böyüklərdən ibarət yığmamızla birgə təlim-məşq toplantısında iştirak edib.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31