Avropa çempionatı: Salman Əlizadə finalda
23 iyun 2011 18:57 (UTC +04:00)

Avropa çempionatı: Salman Əlizadə finalda

Lent.az-ın məlumatına görə, həmyerlilərimizdən ilk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə rinqə çıxıb.

Boksçumuz ingiltərəli Çarl Edvardsla döyüşdə hər 3 raundda rəqibindən üstün olub. Döyüşü əks-hücumlar üzərində quran Əlizadə rəqibinin irəli gəlməsindən maksimum faydalanıb. Nəticədə 24:14 hesabı ilə qalib gələn milli komandamızın üzvü qitə çempionatının finalına vəsiqə qazanıb. 17 yaşlı idmançımız həlledici döyüşdə bolqarıstanlı George Andonovu məğlub etmiş rusiyalı Belik Qalanovla qarşılaşacaq. Gənclər arasında dünya çempionu və yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı olan Salman Əlizadə ilk dəfədir ki, böyüklər arasında bu cür məsul yarışda döyüşür.

64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacəliyev isə yarımfinalda irlandiyalı Raymond Moylette ilə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən döyüşün 1-ci raundu 4:4 hesabı ilə başa çatıb. İkinci hissədən sonra da hesab bərabər olub, 9:9. Həlledici raundda da bərabər döyüş getsə də, hakimlər qələbəni irlandiyalıya veriblər – 18:16. Beləliklə, Heybətulla Hacəliyev Avropa çempionatında bürünc mükafatla kifayətlənib.

Bir qədər sonra Teymur Məmmədov (91 kq) rinqə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar