“Neftçi”nin prezidenti Məkkə ziyarətində olub
“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov Məkkə ziyarətində olub. Lent.az-ın məlumatına görə, 46 yaşlı klub rəhbəri müqəddəs torpaqlara səfərini ötən ay reallaşdırıb.
Həmin vaxt “ağ-qaralar” 6 illik fasilədən sonra çempionluğun bir addımlığında olublar. O, ziyarəti zamanı “Neftçi”nin Unibank Premyer Liqasında qızıl medallar qazanması və Çempionlar Liqasında uğurlu çıxışı üçün dualar edib.
Qeyd edək ki, Sadıqovun ziyarəti Ramazan bayramı ərəfəsinə düşmədiyindən, Ümrə - kiçik Həcc sayılır.
Ümrə - ən şərəfli və ən əfzəl ibadətlərdəndir. Bu ibadətlə Allah təalə bəndələrinin dərəcələrini yüksəldər, günahlarını əfv edər. Peyğəmbər də söz və əməllə insanları bu ibadətə təşviq edərək, deyib: “Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25