“Rabitə” dünya çempionatında!
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu bu dəfə klublararası dünya çempionatında iştirak edəcək.
“Rabitə” FİVB-in dəvətinə ötən mövsüm Çempionlar Liqasının “dördlər finalı”na vəsiqə və daha sonra gümüş medal qazanması sayəsində nail olub.
Klublararası dünya çempionatı 8 - 14 oktyabrda Qətərin paytaxtı Dohada təşkil olunacaq. Bu turnirdə iştirak edəcək 6 komandadan 4-ü artıq məlumdur. “Rabitə”dən əlavə, öz qitələrinin çempionları - “Kenya Prisons” (Afrika), “Caguas” (Şimali Amerika) və “Vakıfbank Günəş Sığorta Türk Telekom” (Avropa) artıq bu turnirdə iştirak edəcəklərini dəqiqləşdirib. Daha iki komanda Cənubi Amerika və Asiya çempionları olacaq. Dünya çempionatının ilk mərhələsinin püşkatma mərasimi 26 iyunda Doha şəhərində keçiriləcək.
Qeyd edək ki, uzun fasilədən sonra ötən il bərpa olunan klublararası dünya çempionatı sonuncu dəfə ötən əsrin axırıncı onilliyində təşkil olunub.

513