Roberto Karlosa yenə banan atdılar - FOTO
“Anji” klubunun əfsanəvi braziliyalı futbolçusu Roberto Karlos Rusiya Premyer Liqasının oyunu zamanı yenidən irqçi davranışın qurbanı olub. Lent.az-ın məlumatına görə, 15-ci turda “Krılya Sovetov” və “Anji” komandaları arasında keçirilmiş görüşdə samaralı azarkeşlərdən biri 38 yaşlı müdafiəçiyə banan atıb.
İnsident əsas vaxta əlavə olunan bölümdə baş verib. Nəticədə, Karlos meydançanı tərk edərək, oyunu başa çatdırmadan komandasının ehtiyat oyunçular skamyasına yollanıb. “Anji”nin 3:0 hesabı ilə qalib gəldiyi oyundan sonra isə o, paltardəyişmə otağında komanda yoldaşlarının gözləri qarşısında ağlayıb.
Olayı şərh edən Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko bildirib ki, “Krılya Sovetov”a qarşı ən sərt tədbirlər görülə bilər. Bu məqsədlə İcraiyyə Komitəsi bürosunun növbədənkənar yığıncağı çağırılacaq. Toplantıda Samara təmsilçisinin hesabından 3 xal silinə bilər. Eyni zamanda, bananı futbolçuya atan şəxsin əlamətləri dərc olunacaq.
Roberto Karlosun özü isə azarkeşlərin hərəkətindən məyus olduğunu söyləyib. O, Rusiyanın futbol funksionerlərinin xuliqanlıq edən azarkeşləri taparaq cəzalandırmasını istəyib. “Sambaçı” bildirib ki, futbolda irqçilik olmamalıdır və bu baxımdan Rusiya da istisna deyil.
“Anji” klubu da olayı pisləyən bəyanat yayıb. Sənəddə Mahaçqala təmsilçisinin rəhbərliyi Rusiya Futbol İttifaqı, Rusiya Peşəkar Futbol Liqası və “Krılya Sovetov” klubundan “yaramazı taparaq, cəzalandırmağ”ı tələb edib.
Qeyd edək ki, Rusiya Premyer Liqasında cari mövsüm ərzində Roberto Karlos ikinci dəfə banan olayı ilə üzləşir. Çempionatın əvvəlində “Zenit” – “Anji” matçından öncə Rusiyanın bayrağı qaldırıldığı vaxt naməlum fanat təcrübəli futbolçuya banan uzadıb. Bu səbəbdən, “Zenit” 300 min rubl cərimələnib.

714