“Çelsi”də 33 yaşlı baş məşqçi
22 iyun 2011 17:08 (UTC +04:00)

“Çelsi”də 33 yaşlı baş məşqçi

Villaş-Boaş 2010-2011-ci il mövsümündə Portuqaliya “Portu”suna rəhbərlik edib. O, iyunun 21-də “Portu” ilə müqaviləsini pozub. Bu səbəbdən, “Çelsi” Portuqaliya klubuna 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, 33 yaşlı mütəxəssis baş məşqçi fəaliyyətində 2000-ci ildə Britaniya Virgin adaları yığmasında başlayıb. Bir il sonra Villaş-Boaş Joze Mourinyonun köməkçisi olub və uzun müddət belə davam edib. 2009-2010-cu il mövsümündə Villaş-Boaş Portuqaliya “Akademika”sına, ardından “Portu”ya baş məşqçi təyin edilib. Sonuncu klubla o, Portuqaliya çempionluğu, kuboku və Superkuboku, eləcə də Avropa Liqasını qazanıb. Villaş-Boaş Avropa kuboklarına sahib çıxan ən gənc mütəxəssis kimi tarixə düşüb. Yeni baş məşqçi “Çelsi”də italiyalı Karlo Ançelottini əvəzləyib. “Portu”ya isə onun sabiq köməkçisi Vitor Pereyra başçılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar