Dünya və Avropa çempionu özünə qarşı diqqət gözləyir
Rəsmi səviyyədə nə qədər dansalar da, bütün dünyada olduğu kimi, Azərbaycanda da olimpiya və qeyri-olimpiya növlərinə münasibətdə ayrı-seçkiliyə yol verilir. Olimpiya növləri ilə qeyri-olimpiya növlərinin çəkisi eyni ola bilməz. Xüsusən, 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıq dövründə qeyri-olimpiya növlərinin diqqətdən kənarda qalması gözləniləndir.
Elə pauerliftinq növündə olduğu kimi. Bu günlərdə Lent.az-ın redaksiyasına gələn Avropa və dünya çempionu Elmir Tarıverdiyev yarışlara öz vəsaiti hesabına yollandığını deməklə, qeyri-olimpiya növünə göstərilən münasibəti əyani şəkildə ortaya qoydu. Tarıverdiyev 60 kq çəki dərəcəsində çıxış edir. O, daha çox İPA (Beynəlxalq Pauerliftinq Assosiasiyası) və AWPC (Ümumdünya Həvəskar Pauerliftinq Konqresinin) versiyaları üzrə yarışlara qatılır. 9 qat Azərbaycan çempionu, Prezident Kubokunun qalibi olub, 13 dəfə dünya, 7 dəfə Avropa rekordu əldə edib. Karyerasının ən böyük titullarına isə Rusiyada imza atıb. Tarıverdiyev əvvəlcə 2009-cu ilin aprelində Rostovda keçirilmiş AWPC versiyası üzrə Avropa çempionatında 3 hərəkətin – oturub qalxma (170 kq), uzanaraq sinədən sıxmaq (105 kq) və yerdən dartmaq (210 kq) – cəmində 485 kq nəticə ilə birinci yeri tutub. Ötən ay isə o, Soçidə İPA versiyası üzrə dünya çempionatında müvafiq olaraq, 165 kq, 105 kq və 190 kq ağırlığın öhdəsindən gələrək, üst-üstə 460 kq nəticə göstərib. Bununla da pauerliftinqçimiz 60 kq çəkidə dünya çempionu, mütləq çəkidə isə 3-cü yerin sahibi olub.
29 yaşlı idmançımız deyir ki, bu yarışlara şəxsi imkanları hesabına yollanıb. Ona zalında məşq etdiyi Sahib Vəliyev və şəxsi məşqçisi Şəmsi Bayramov da dayaq durub. Qarşıda isə Tarıverdiyevi İPA versiyası üzrə Dünya Kuboku gözləyir. Həmin yarış isə sentyabrda Yekaterinburq şəhərində olacaq.
Elmir Tarıverdiyev ölkəmizdə pauerliftinq növünün kifayət qədər inkişaf etdiyini deyir. Onun sözlərinə görə, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və İPA versiyası üzrə ölkəmizdə fəaliyyət göstərən federasiyanın vitse-prezidenti Şəmsi Bayramov bu idman növündə kifayət qədər uğurların əldə olunması üçün əllərindən gələni edirlər. Lakin bütün idmançıların yarışlarda iştirakını təmin etmək üçün onların imkanları məhduddur. Bunun üçün Gənclər və İdman Nazirliyi səviyyəsində də diqqət göstərilməlidir. Tarıverdiyev belə bir diqqəti yaxın vaxtlarda özünə qarşı da görəcəyinə ümid edir.
Seymur Ağalı

1120