“İnter”dən gedənlərin sayı 5-ə çatdı
Bakının “İnter” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi estoniyalı müdafiəçi Dmitri Kruqlovla vidalaşıb.
Kruqlovun klubla imzalanmış müqaviləsinin müddəti başa çatıb. Qarşılıqlı razılıq əsasında müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Kruqlov yay transfer dövründə “İnter”i tərk edən 5-ci futbolçudur. Daha öncə David Odikadze, Filip Despatovski, Kaxaber Mjavanadze və Aleksandr Çertoqanov da komandadan ayrılıb.
Qeyd edək ki, “İnter” iyunun 23-dən iyulun 11-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplantısı keçirəcək. Hazırlıq prosesi çərçivəsində paytaxt təmsilçisi 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. “İnter” iyunun 29-da Ukraynın “Metallurq” (Zaporojye), iyulun 6-da Türkiyənin “Mersin İdman Yurdu” və iyulun 9-da Rusiyanın “Terek” klubları ilə qarşılaşacaq.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25