“Neftçi” darmadağın etdi, Arif Əsədov hamıdan razı qaldı
Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyənin İsparta şəhərində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində “Neftçi” yoldaşlıq oyununa çıxıb. Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə qarşılaşıb.
Görüş komandamızın tam üstünlüyü şəraitində keçib. Nəticədə flaqman rəqibini darmadağın edib – 3:0. Hesabı 5-ci dəqiqədə Rəşad Abdullayev açıb. Onun yerinə yetirdiyi cərimə zərbəsi qarşısında "Metallurq"un qapıçısı aciz qalıb. 21-ci dəqiqədə Flavinyo hesab arasındakı fərqi artırıb. İkinci hissədə də fəal oyun nümayiş etdirən “Neftçi” Ukrayna təmsilçisini daha bir dəfə cəzalandırıb. Oyunda son nöqtəni müdafiəçi Denis Silva qoyub.
Türkiyəli hakimlərin idarə etdiyi matçda hesab daha böyük ola bilərmiş. Lakin yerli hakimlər bir neçə epizodda “Metallurq”un qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyiblər. Digər təhlükəli hücumlar zamanı Bahodir Nasimov və Flavinyonun zərbələrini ukraynalıların qapıçısı dəf edib.
Flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında oyundan razı qaldığını bildirib: “Oyun çox maraqlı keçdi. Bu görüşdə heyətdəki bütün 22 futbolçuya şans verdim. Cavan futbolçularımızdan Elvin Yunusov və Kərim Diniyev ukraynalılara qarşı forma geyindi. Birinci hissədə qapını Saşa Stamenkoviç, ikinci hissədə isə Rauf Mehdiyev qorudu. Hər iki qapıçının çıxışı məni razı saldı. Ümumiyyətlə, oyundan razı qaldım”.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki təlim-məşq toplanışını iyunun 22-də başa çatdıracaq.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25