“Bakı” yeni transferlərini təqdim etdi - FOTO
Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elvin Məmmədovla 1 illik, 21 yaşlılardan ibarət yığmamızın müdafiəçisi Novruz Məmmədovla isə 2 illik müqavilə imzalanıb.
Yeni futbolçuları “Bakı” klubuna keçidlə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıblar:
Novruz Məmmədov: “Bakı”ya transfer olduğuma görə çox şadam. Komandanın məşqçilər korpusu oyunlarımı izləyib, məni bəyəndikdən sonra “Bakı” klubundan təklif aldım. Məni bura böyük ümidlərlə gətiriblər və inanıram ki, ümidləri doğruldacağam. “Bakı”da əsas məqsədim heyətdə möhkəmlənib A milli komandada oynamaqdır. Gələn il isə Azərbaycan çempionu olmaq və Avrokuboklarda oynamaq istəyirəm. İndiyədək bu, mənə qismət olmayıb, gələn il yeni klubumla istəyimə çatmaq arzusundayam”.
Elvin Məmmədov: “Yeni klubum haqqında məlumatım çoxdur. Bilirəm ki, burada gələcəyin komandası yaradılır. “Bakı” klubuna gəlməkdə əsas məqsədim əvvəlki formamı bərpa edib, yeni klubuma bacardığım qədər xeyr vermək və qarşıdan gələn oyunlarda milli komandamıza köməklik göstərməkdir. Arzu edirəm ki, gələcək mövsümü uğurla bitirib Avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək. “Bakı” mənim üçün doğma komandadır. Heyətə uyğunlaşmaq yəqin ki, çətin olmayacaq. Komandada çox futbolçularla yaxından tanışam və inanıram ki, adaptasiya dövrünü tez bir zamanda başa vuracağam”.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25