Yığmamız Avropa çempionatında 2 qızıl, 1 gümüş medal qazandı
Lent.az-ın məlumatına görə, kanoeçilərimizdən Valentin Demyanenko 2 qızıl, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə gümüş medala sahib çıxıblar.
Ölkəmizə ilk medalı iyunun 19-da Demyanenko qazandırıb. O, 500 metr məsafəyə final yürüşündə 1 dəqiqə 50,681 saniyə nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub. Ardından Bezuqlıy – Prokopenko dueti eyni məsafəyə həlledici yürüşdə 1 dəqiqə 41,689 saniyə nəticə ilə ikinci yeri tutub. Kanoeçi cütlüyümüz yalnız Viktor Mixalaki – Liviu-Alexandru Lazar-Dumitreskudan 0,048 saniyə geri qalıb.
Günün ikinci yarısında isə Demyanenko daha bir qızıl medala yiyələnib. O, bu dəfə olimpiya məsafəsi sayılan 200 metrdə bütün rəqiblərini üstələyib. Kanoeçimiz həmin məsafəni 39,855 saniyəyə qət edib. Beləliklə, Valentin Demyanenko 2 qat dünya, 3 qat Avropa çempionuna çevrilib. O, ilk dünya çempionluğunu 2005-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə, ikinci dünya çempionluğunu isə 2009-cu ildə Kanadanın Dartmut şəhərində qazanıb. Demyanenko 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində ilk Avropa çempionluğu sevincini yaşayıb. 28 yaşlı kanoeçimiz 200 metrlik məsafəyə yürüşdə qızıl medal qazanmaqla, avqustda Macarıstanın Seqed şəhərində keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi yüksək hazırlıq səviyyəsini ortaya qoyub.
Eyni sözləri Bezuqlıy – Prokopenko dueti haqda da demək olar. Onlar 1000 metr və 200 metr məsafələrə yürüşlərdə də medal qazanmağa yaxın olublar. Lakin sonda müvafiq olaraq, 4-cü və 5-ci yerlərlə kifayətləniblər. Bununla belə, olimpiya məsafəsi sayılan 1000 metr məsafəyə yürüşdə 4-cü yer heç də pis nəticə deyil. Çünki olimpiadaya lisenziya qazanmaq üçün dünya çempionatında ilk “7-liy”ə düşmək kifayətdir. Dünyanın ən güclü kanoeçilərinin əksəriyyəti isə Avropa qitəsindəndir.
Daha 2 təmsilçimizə gəldikdə, Boqdan Kurudz 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr, Natalya Fiklisova isə 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafələrə yürüşlərdə finala yüksələ bilməyiblər. Kurudz bu gün Bakı vaxtı ilə saat 18:43-də 1 nəfərlik kanoe qayığı (C-1) ilə 5000 metr məsafəyə final yürüşündə də mübarizə aparacaq.

588