Püşk atılır: Gözlər Nyona!
20 iyun 2011 10:25 (UTC +04:00)

Püşk atılır: Gözlər Nyona!

Lent.az-ın məlumatına görə, Azərbaycanı Avropa kuboklarında təmsil edəcək 4 klubun hamısı bu gün ilk rəqiblərini tanıyacaqlar.

Əvvəlcə Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Həmin turnirdə ölkəmizi çempion “Neftçi” təmsil edəcək. Flaqman mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. I mərhələ isə 28-29 iyun və 5-6 iyulda olacaq. Həmin mərhələdə cəmi 2 oyun olacaq. “Düdelanj” (Lüksemburq) və “Valetta” (Malta) komandalarının rəqibləri “Santa-Koloma” (Andorra) və ya “Tre-Fiori” (San-Marino) arasından seçiləcək. Qaliblər II təsnifat mərhələsinə yüksələcək. Növbəti mərhələnin oyunları 12-13 iyul və 19-20 iyulda baş tutacaq. “Neftçi” püşk zamanı daha zəiflərin yer aldığı 17 səpələnməmiş komanda sırasında olacaq. Potensial rəqib qismində isə BATE (Belarus), “Makkabi” (Hayfa, İsrail), “Dinamo” (Zaqreb, Xorvatiya), “Rusenborq” (Norveç), “Partizan” (Serbiya), APOEL (Kipr), “Visla” (Krakov, Polşa), “Şturm” (Avstriya), “Liteks” (Bolqarıstan), “Slovan” (Slovakiya), “Viktoriya” (Plzen, Çexiya), “Maribor” (Sloveniya), HİK (Finlandiya), “Ekranas” (Litva), “Zestaponi” (Gürcüstan), “Malmö” (İsveç) və ya “Şemrok Rovers” (İrlandiya) komandalarından biri seçiləcək.

Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü isə saat 16:00-da atılacaq. I mərhələdə Unibank Premyer Liqasının bürünc mükafatçısı “Qarabağ” və 4-cü yerin sahibi AZAL mübarizə aparacaq. Bu mərhələdə 50 komanda 5 bərabər qrupa bölünəcək. Hər qrupdakı 10 komandanın yarısı səpələnmiş, yarısı isə səpələnməmiş komandadan ibarət olacaq. Ötən iki mövsümdə Avroliqanın “pley-off” mərhələsinədək irəliləmiş “Qarabağ” səpələnmişlər, AZAL isə səpələnməmişlər sırasında yer alacaq. Amma onlar bir-birinə rəqib olmayacaqlar.

“Qarabağ”ın potensial rəqibləri: “Qlentoran” (Şimali İrlandiya), “Milsami” (Makedoniya), “Banqa” (Litva), “Dauqava” (Latviya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Kliftonvill” (Şimali İrlandiya), “Flyamurtari” (Albaniya), “Vlazniya” (Albaniya), “Trans” (Estoniya), “İrtış” (Qazaxıstan), “Şaxtyor” (Karaqanda, Qazaxıstan), “Zeta” (Makedoniya), “Banants” (Ermənistan), “Nımme Kalyu” (Estoniya), İBB (İslandiya), “Runavik” (Farer adaları), “Ulis” (Ermənistan), “Tre Penne” (San-Marino), “Nit” (Uels), “Keryenq” (Lüksemburq), “Lusitans” (Andorra), “Santa-Koloma” (Andorra), “Fulafyordur” (Farer adaları), “Fola” (Lüksemburq)

AZAL-ın potensial rəqibləri: “Fulhem” (İngiltərə), “Elfsborq” (İsveç), “Tromse” (Norveç), “Sent-Patriks” (İrlandiya), “Yagelloniya” (Polşa), “Rabotniçki” (Makedoniya), “Olesunn” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Honka” (Finlandiya), “Varajdin” (Xorvatiya), “Minsk” (Belarus), “Olimpi” (Gürcüstan), “Rad” (Serbiya), “Heken” (İsveç), “Şiroki Brieq” (Bosniya və Herseqovina), “Buduçnost” (Çernoqoriya), “KR Reykyavik” (İslandiya), TNS (Uels), “Renova” (Makedoniya), “Koper” (Sloveniya), “Birkirkara” (Malta), “Ferentsvaroş” (Macarıstan), “Pokş” (Macarıstan)

İlk oyunlar iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də olacaq. Avroliqanın II təsnifat mərhələsindən isə mübarizəyə Azərbaycanın daha bir klubu – “Xəzər Lənkəran” qoşulacaq. Səpələnməmişlər yarımqrupunda olacaq Lənkəran təmsilçisinin potensial rəqibləri daha çox reytinqə malik 40 komandadan biri olacaq. Onların dəqiq siyahısına I təsnifat mərhələsi yekunlaşdıqdan sonra aydınlıq gələcək. Bu mərhələnin oyunları isə iyulun 14-də və 21-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar