İki idmançımız Dünya Kubokunun finalında!
Lent.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən 4 avarçəkəndən 2-si əsas finala yüksəlib.
Bunlar kişilərin 1 nəfərlik yüngül çəkili qayıqla yürüşünə qatılan Cavid Əfəndiyev və qadınlar arasında 1 nəfərlik qayıqla yarışan Nataliya Mustafayevadır. Əfəndiyev yarımfinalda 2000 metr məsafəni 7 dəqiqə 25,07 saniyəyə qət edərək, 3-cü yeri tutub. Avarçəkənimiz Yeni Zelandiya və ABŞ təmsilçilərindən geri qalsa da, Honq Konq, Braziliya və Özbəkistandan olan rəqiblərini qabaqlaya bilib. Bu nəticə onun ilk 2 pillənin sahibləri ilə birgə əsas finala yüksəlməsi üçün yetərli olub. Həlledici yürüş bu gün Bakı vaxtı ilə saat 20:03-də olacaq.
Mustafayeva da eyni məsafəni 3-cü pillədə başa vurub. O, finişə 7 dəqiqə 35,07 saniyəyə çatıb. Çin və Yeni Zelandiya təmsilçilərindən geri qalan qadın idmançımız Rusiya, Estoniyadan olan rəqiblərini və Azərbaycanın digər təmsilçisi İskra Angelovanı geridə qoyub. Mustafayeva ilk 2 pillənin sahibləri ilə birgə əsas finala, 8 dəqiqə 14,46 saniyə nəticə göstərmiş Angelova isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb. B finalı bu gün saat 19:18-də, əsas final sabah keçiriləcək.
Nəhayət, kişilər arasında 1 nəfərlik qayıqla çıxış edən Aleksandr Aleksandrov yarımfinalda 4-cü yeri tutub. 7 dəqiqə 10,43 saniyə nəticə ilə Yeni Zelandiya, İsveç və ABŞ-dan olan rəqiblərindən geri qalan Aleksandrov Braziliya və İsveçrə təmsilçilərini üstələyib. Avarçəkənimiz bu nəticə ilə B finalına çıxıb. Həmin yürüş bu gün saat 19:24-də baş tutacaq.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19