Avropa çempionatında möhtəşəm start: 5 final, 2 yarımfinal!
İyunun 17-də Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, 38 ölkənin qatıldığı nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edir.
Günün ilk yarısında onlar seçmə mərhələ yürüşlərini uğurla başa vuraraq növbəti mərhələyə yüksəliblər. Kanoeçi Boqdan Kurudz və yeganə qadın təmsilçimiz, kayakçı Natalya Fiklisova yarımfinala, kanoeçi Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 məsafəyə yürüşdə birbaşa əsas finala yüksəliblər. Bundan başqa, iyunun 19-da Boqdan Kurudz 5000 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 200 metr məsafəyə yürüşdə birbaşa əsas finalda çıxış edəcəklər.
Əvvəlcə 1000 metr məsafəyə seçmə yürüşlər başlayıb. 1 nəfərlik kanoe qayığında (C-1) çıxış edən Boqdan Kurudz bu məsafəni 4 dəqiqə 1,622 saniyəyə qət edərək, öz qrupunda 9 iştirakçı arasında 8-ci yeri tutub. Göstərdiyi nəticə onun yarımfinala yüksəlməsi üçün yetərli olub. Yarımfinal yürüşü bu gün Bakı vaxtı ilə saat 18:16-da keçiriləcək. Ardından 2 nəfərlik kanoe qayığı (C-2) ilə ötənilki Avropa çempionlarımız Sergey Bezuqlıy – Maksim Prokopenko dueti mübarizəyə qoşulub. Onlar finişə 3 dəqiqə 38,811 saniyəyə çataraq, öz qruplarında 2-ci olublar. Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa əsas finala (Final A) yüksəlib. Həlledici mərhələ yürüşü iyunun 18-də saat 16:00-da olacaq.
500 metr məsafəyə seçmə yürüşdə yığmamızın üzvlərindən ilk olaraq, yeganə qadın təmsilçimiz və yeganə kayakçımız Natalya Fiklisova çıxış edib. O, 1 nəfərlik qayıqla (K-1) 1 dəqiqə 56,587 saniyə nəticə göstərərək, öz qrupunda 8 iştirakçı arasında 7-ci yeri tutub. Bu nəticə ilə Fiklisova növbəti mərhələyə yüksəlib. Yarımfinal yürüşü bu gün saat 20:05-də olacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə çıxış edən Valentin Demyanenko isə eyni məsafəni 1 dəqiqə 47,431 saniyəyə qət edib. Demyanenko öz qrupunda 2-ci yeri tutaraq, birbaşa A finalına yüksəlib. Həlledici mərhələ yürüşü iyunun 19-da saat 13:11-də olacaq. Nəhayət, 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti finişə 1 dəqiqə 39,482 saniyəyə çatıb. Öz qrupunda 3-cü yeri tutan azərbaycanlı cütlük A finalına çıxıb. Həlledici mərhələ yürüşü iyunun 19-da saat 13:50-də olacaq.
İyunun 18-də isə Valentin Demyanenko 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəyə seçmə mərhələ yürüşünə qatılacaq.

562