Füzuli Musayev: “Artıq Ermənistan yığması Bakıya gələ bilməz” - MÜSAHİBƏ
- Olimpiya təsnifat turnirinə hazırlıq işləri hansı səviyyədədir?
- Hazırlıq işləri çox yüksək səviyyədə gedir. Artıq 110 ölkə bu yarışda iştirakını təsdiqləyib. İndi viza alınması prosesi gedir. Düşünürəm ki, turnirdə 1000-dən çox idmançı və məşqi iştirak edəcək. Yarış “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Təşkilati cəhətdən hazırlıqlarımız görülüb. Döyüşlərin keçiriləcəyi zal, iclas zalları, püşkatma üçün yerlər seçilib. Demək olar ki, turnirə tam hazırıq. Döyüşlər AzTV telekanalı ilə canlı yayımlanacaq. Türkiyənin TRT kanalı da bizimlə işləyəcək, “Eurosport” kanalı da gəlməlidir. Yüksək səviyyəli tədbir olduğundan, Bakıya xeyli qonağın gəlişi gözlənilir.
- Yığmamızın qarşısına hansı məqsəd qoyulub?
- Aydın məsələdir ki, məqsəd 4 mümkün lisenziyanın hamısını almaqdan ibarətdir. Bu yarışda hər çəkidə ilk 3 yeri tutan taekvondoçular 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Maksimum sayda lisenziyaya sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Buna qadir olan idmançılarımız artıq 15 gündür Qusar Olimpiya Kompleksində təlim-məşq toplantısındadırlar. Yığmamızın heyətində kişilərdən Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), qadınlardan isə Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Komandamız iyunun 24-də Bakıya qayıdacaq və “Sərhədçi”nin otelində qalaraq turnirə hazırlığını başa vuracaq. Fikrimcə, Azərbaycan taekvondoçuları heç kimdən zəif deyillər. Baxmayaraq ki, lisenziya qazanmaq çox çətin olacaq. Mayın əvvəllərində keçirilmiş son dünya çempionatında İran, Türkiyə kimi ölkələrin taekvondoçuları gözləndiyi qədər yüksək səviyyədə çıxış edə bilmədilər. Hətta Cənubi Koreya təmsilçilərindən uduzanlar oldu. Bura gələn hər bir ölkə ən güclü taekvondoçularını gətirəcək. Bu yarışın dünya çempionatından fərqi ondadır ki, hər ölkə maksimum 4 idmançı ilə təmsil olunmalıdır. Onlar isə 16 çəki dərəcəsi içərisindən seçilməlidirlər. Allahın köməkliyi ilə uğurla çıxış edəcəyimizi düşünürəm.
- Qadın taekvondoçularımız əvvəlki yarışlarda kişilərdən zəif çıxış ediblər. Bu baxımdan, qarşıdakı turnirdə zərif cinsdən olan təmsilçilərimizin imkanlarını necə dəyərləndirirsiniz?
- Qadın taekvondoçularımız heç də zəif deyillər. Günay Ağakişiyeva və Fəridə Əzizova yığmamızın ən güclüləridirlər. Onlar gənclər arasında Avropa çempionu və dünya çempionatının mükafatçıları olublar. Bir sözlə, nəticə vermiş idmançılardırlar. Ümidvaram ki, qızlarımız da olimpiya təsnifat turnirində bizi sevindirəcəklər.
- Son 2 olimpiadanın iştirakçısı Rəşad Əhmədovun qarşıdakı turnirdə iştirak etməməsinin səbəbi nədir?
- Rəşad Əhmədov hələ də yığmamızın tərkibindədir. O, məşqlərə qoşulub. Lakin son illər WTF-nin hər çəki dərəcəsi üzrə idmançılar üçün reytinq yarışları müəyyənləşdirilib. Toplanılan reytinq xallarının Avropa, dünya çempionatları və olimpiadalarda iştirak baxımından əhəmiyyəti var. Çünki mötəbər yarışlarda yüksək reytinqli idmançılar ayrı-ayrı qruplara salınırlar və bununla da bir-birilərinə erkən mərhələlərdə rəqib olmurlar. Onlar yalnız yarımfinal və final mərhələlərində üz-üzə gəlirlər. Əhmədovun zədəsi olduğundan, son zamanlar yarışlara qatıla bilmirdi. Əvəzində Ramin Əzizov 80 kq çəki dərəcəsində lazımi xalları yığmışdı. Əzizov dünya çempionatında bürünc medal qazandığından, olimpiya təsnifat turnirində digər güclülərdən ayrı qrupa düşəcək. Bu səbəbdən, biz onun qarşıdakı turnirdə iştirakına qərar verdik.
- Amma taekvondoda lisenziya çəki dərəcəsinə verilir. Bu o demək deyilmi ki, Ramin Əzizov olimpiya lisenziyası qazansa belə, onu 2012-ci il London Yay Olimpiya Oyunlarında Rəşad Əhmədov əvəzləyə bilər?
- 80 kq çəki dərəcəsində 3 güclü taekvondoçumuz var. Onlar Təvəkkül Bayramov, Rəşad Əhmədov və Ramin Əzizovdur. Biz bu 3 idmançımızı London olimpiadasına hazırlayacağıq. Kim daha çox reytinq xalı yığsa və güclü olsa, olimpiadada ölkəmizi təmsil edəcək. Amma təbii ki, ilk növbədə, dünya və ya Avropa təsnifat turnirlərindən birində lisenziya qazanmaq lazımdır.
- Demək, Rəşad Əhmədov hələ karyerasını başa vurmayıb...
- Elədir. O, London olimpiadasınadək taekvondo ilə vidalaşa bilməz.
- Bəs nüfuzlu qonaq qismində kimlərin gəlişi gözlənilir?
- Bizim ən yüksək səviyyəli qonaqlarımız olacaq. Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Von Çu, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvlərindən bir neçəsi bu yarışda iştirak edəcəklər. Bu turnir London olimpiadasına lisenziya xarakteri daşıdığından, İOC-un nəzarətçiləri də Bakıya gələcəklər. Artıq 2 ildir taekvondo döyüşləri elektron jiletlə keçirilir. Ona görə də bu turnir hər kəsin marağındadır.
- Turnirə 110 ölkənin qatılacağını dediniz. Onların arasında Ermənistan nümayəndə heyəti olacaq?
- Tam əminliklə deyərdim ki, xeyr. WTF tərəfindən qeydiyyat prosesi üçün iyunun 15-dək vaxt qoyulmuşdu. Artıq həmin müddət başa çatıb. Qeydiyyatdan keçən ölkələr arasında Ermənistanın adı yoxdur. Bundan sonra gəlmək istəsələr də, gecdir. Bu, bizlik deyil. WTF-nin qoyduğu qayda-qanun var. Hətta təşkilatçı ölkə olmağımıza baxmayaraq, iyunun 10-da komandamızın tərkibini ali taekvondo qurumuna göndərib yarışda iştirakımızı təsdiqləmişik. Bu prosesə biz yox, WTF nəzarət edir.
- Olimpiya təsnifat turnirində medal qazananlar üçün pul mükafatı nəzərdə tutulub?
- Xeyr. Bahalı hədiyyələr olacaq. Amma pul mükafatı yoxdur. Çünki bu, olimpiya lisenziyalı turnirdir. Pul mükafatları “Qran Pri”, açıq turnirlər və digər kommersiya yarışlarında ola bilər.
- İndiyədək ölkəmiz 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında taekvondo növündə təmsil olunsa da, medal qazana bilməyib. London olimpiadasında medal qazanmaq mümkün olacaqmı?
- Taekvondo Federasiyasının rəhbərliyi, bütün məşqçi və idmançı heyətinin ən böyük arzusu odur ki, olimpiadada nəinki iştirak edək, hətta Londondan medalla qayıdaq. Məqsədimiz budur, əlimizdən gələni də edirik ki, 4 lisenziyanın hamısını qazanaq və xalqımızı olimpiya medalı ilə sevindirək.
Elşən MƏMMƏDOV

1102