Löv Ballakla bağlı yekun qərar verdi
16 iyun 2011 17:19 (UTC +04:00)

Löv Ballakla bağlı yekun qərar verdi

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv kapitan Mixael Ballaka yığmada yer verməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının (DFB) yaydığı rəsmi açıqlamada bildirilir.

Bəyanatda qeyd olunur ki, Löv və son aylar çoxsaylı zədə ilə üzləşən Ballak arasında keçirilmiş görüş zamanı belə bir qərar verilib. 51 yaşlı mütəxəssis son aylar gənc və gözəl perspektivli futbolçuların ortaya çıxdığını bildirib. Onun fikrincə, 2010-cu il dünya çempionatından sonra həmin oyunçularla Almaniya yığması irəliləyişlərə nail olub.

Löv bildirib ki, 2012-ci il Avropa çempionatının final mərhələsinə bir il qalmış Ballakla bağlı qəti qərar qəbulunun zamanı yetişib: “Mixael son 10 ildə Bundestim üçün önəmli oyunçu və lider olub. Onun 2002-ci ildən yığmamızın əldə etdiyi uğurlarda mühüm payı var. Amma artıq gənc və perspektivli futbolçular yetişib. Ballak da mənim fikrimi anlayışla qarşıladı. Onun üçün gözəl vida təşkil edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar