Stenli kubokunda uduzan komandanın azarkeşləri şəhəri dağıtdılar
Lent.az-ın “CTV News” telekanalına istinadən verdiyi məlumata görə, “Kenaks”ın geyimlərində olan dəstə Vankuverin işgüzar hissəsində vitrinləri qırıb, bir neçə maşını, o cümlədən, polis avtomobilini çevirib, bir maşını isə yandırıblar.
Narazı azarkeşlər şəhər küçələrinə çıxaraq “Boston Bryuins”in ünvanına nalayiq şüarlar səsləndiriblər. Bir neçə azarkeş üzərində “Riot 2011” (“Qiyam-2011”) yazılmış plakatlar tutublar, digərləri Stenli Kubokunun əldə düzəlmə surətini yandırıblar. Tezliklə çaxnaşmalar polislə toqquşmaya keçib. Bu zaman “Boston”un geyimində olan azarkeş xəsarət alıb.
“Vankuver Kenaks” fanatları sevimli komandalarının məğlubiyyəti üzündən əvvəllər də çaxnaşma törədiblər. 1994-cü ildə “Nyu-York Reyncers”ə məğlubiyyətdən sonra on minlərlə sərxoş fanat küçələrə çıxıb. Həmin vaxt baş verən toqquşmanı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Hadisə nəticəsində 200 nəfər xəsarət alıb.
Qeyd edək ki, “Vankuver Kenaks” final seriyasından həlledici – 7-ci görüşdə 0:4 hesabı ilə uduzub. Görüş Vankuverdə keçirilib. “Boston” 1972-ci ildən sonra birinci, tarixi ərzində altıncı dəfə Stenli Kubokunu qazanıb. “Vankuver Kenaks” isə Milli Hokkey Liqasında çıxış etdiyi 40 ildə heç vaxt Stenli Kubokunu əldə edə bilməyib.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19