Olimpiya çempionlarına qarşı
İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Lent.az-ın məlumatına görə, üç gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı bir kişi, bir qadın avarçəkən təmsil edəcək.
Onlar 27 – 29 mayda Münhen şəhərində keçirilmiş I mərhələdə komanda yoldaşlarına nəzərən daha yaxşı nəticə göstərmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. Aleksandrov kişilər, Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla mübarizə aparacaq. Avarçəkənlərimiz 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Bir aya yaxındır ki, Almaniyada təlim-məşq toplantısında olan təmsilçilərimiz çalışmalarını get-gedə intensivləşdirirlər. Milli komandamızın baş məşqçisi Rudiger Hauffenin sözlərinə görə, qarşıdakı yarşda məqsəd daha yaxşı nəticələr göstərməkdən ibarətdir.
38 ölkənin 500-dən çox idmançısının qatılacağı Dünya Kubokunun I mərhələsində Aleksandr Aleksandrov və Nataliya Mustafayeva ciddi rəqabətlə üzləşəcəklər. 2010-cu ildə 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında gümüş medal qazanmış Aleksandrovun rəqibləri arasında kişilər arasında dünya çempionu, çexiyalı Andrey Sinek, Dünya Kubokunun I mərhələsinin qalibi, yeni zelandiyalı Mahe Drizdeyl, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, norveçli Olaf Tufte kimi idmançılar var. Mustafayeva isə keçmiş dünya və olimpiya çempionu, belaruslu Yekaterina Karstenə rəqib olacaq.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 5 idmançımız mübarizə aparıb. Onlardan həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva 11-ci yeri tutub. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla 13-cü, Cavid Əfəndiyev – İqor Xmara dueti 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla yürüşdə 21-ci olub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19