Mariya Stadnik daha bir turnirin qalibi oldu
Avqustun 13-də Polşanın paytaxtı Varşavada sərbəst və qadın güləşi üzrə sayca 18-ci “Ziolkovski” və 13-cü “Varşava Kuboku” beynəlxalq turnirlərinə start verilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk yarış günündə kişi sərbəst güləşçilər 55, 66 və 96, qadınlar isə 48, 55, 63 və 72 kq çəki dərəcələrində qalibləri müəyyənləşdiriblər.
“Varşava Kuboku” beynəlxalq turnirində iştirak edən qadın yığmamızın lideri, 48 kq çəki dərəcəsində yarışan Mariya Stadnik keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi olub. Mübarizəyə 1/4 finaldan qoşulan Stadnik əvvəlcə finlandiyalı Savola Sarianı, daha sonra ukraynalı Lüdmila Baluşkanı, finalda isə rusiyalı Larisa Orjakı məğlubiyyətə uğradaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
55 kq-dakı təmsilçimiz Yuliya Radkeviç isə Polşanın 2 nümayəndəsi Margena Oroşko və Malqorjata Krujanı məğlub etdikdən sonra yarımfinalda rusiyalı 3 qat Avropa çempionu Natalya Qoltsa uduzub. 3-cü yer uğrunda görüşdə isə Yuliya italiyalı Valentina Minqutsiyə məğlub olaraq turniri 5-ci pillədə başa vurub.
63 və 72 kq çəkilərdəki təmsilçilərimiz Olesya Zamula və Dina İvanova daha erkən mərhələlərdə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyiblər. İvanova 9-cu, Zamula isə 14-cü yeri tutub.

Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43