Ronaldu qaldığı evə ayda 20 min avro ödəyəcək
13 avqust 2009 16:00 (UTC +04:00)

Ronaldu qaldığı evə ayda 20 min avro ödəyəcək

Futbolçu gələcəkdə həmin evi alacaq

İspaniyanın “Real Madrid” futbol klubunun İngiltərənin “Mançester Yunayted” klubundan 94 milyon avroya transfer etdiyi Kriştiano Ronaldu son vaxtlar oyunundan daha çox qalmaqalları ilə gündəmdədir.

Sevgililəri, paltarları, gecə həyatı barədə tez-tez xəbərlər yayılan futbolçu indi də Madriddə kirayə tutduğu evin qiyməti ilə diqqətləri üzərinə çəkə bilib.
Lent.az-ın xəbər verir ki, İspaniyada nəşr olunan 'Cuore' maqazin jurnalı Ronaldonun aylığı 20 min avroya yeni ev kirayələdiyini yazıb. Portuqaliyalı futbolçunun yeni evi “Real Madrid”in kapitanı Raul və məşhur ralli pilotu Karlos Sainzin yaşadığı Pozuelo da Alarcon məhəlləsindədir.

3258 kv.m ərazidə tikilən sahə 861 kvadrat metrlik evdə 7 otaq, 9 hamam var. Futbolçu dəyəri 10 milyon avro olduğu bildirilən evi gələcəkdə almaq istəyir. Kirayə müqaviləsində də bu qeyd var.
# 700

Oxşar yazılar