Berti Foqts: “Almanlar bizimlə zarafat etsələr, sürpriz olacaq”
Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın binasında mətbuat konfransı keçirib.
Lent.az-ın məlumatına görə, yerli mətbuatla müqayisədə almaniyalı jurnalistlərin çoxluq təşkil etdiyi tədbirə Foqts azərbaycanca «salaməleyküm» deməklə başlayıb.
63 yaşlı almaniyalı mütəxəssis avqustun 12-də Almaniya millisi ilə keçirəcəkləri 2010-cu il dünya çempionatının seçmə qrup matçı haqda fikirlərini açıqlamamışdan öncə Azərbaycan və onun paytaxtı Bakı haqda xoş sözlər deyib. Ölkəmizdə özünü çox yaxşı hiss etdiyini deyən mütəxəssis xalqımızın qonaqpərvərliyindən danışıb: «Siz Almaniyadan bura yağış gətirmisiniz. Amma ümidvaram ki, sabah 35 dərəcə isti olacaq».
Almaniyada 6 milyon futbolçunun olduğunu deyən Foqts Azərbaycanda cəmi 200 futbolçu arasından əsas və gənclərdən ibarət milliyə oyunçu seçdiyini bildirib. Amma baş məşqçi bu fikirlərinin bəhanə kimi qəbul olunmasına kimi qarşı çıxıb: «Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Düzdür, Almaniya ilə oyun öncəsi İsveçrədə təlim-məşq toplantısı və bir neçə yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Amma «Bakı» və «Qarabağ»ın Avropa kuboklarında mübarizəni davam etdirmələri üzündən bu toplanış baş tutmadı. İki klubumuzun Avropa Liqasının pley-off mərhələsinə çıxmasına çox sevinirik. Bu, xüsusən, «Qarabağ»dan gələn milli üzvlərinin Almaniyaya qarşı daha arxayın oynamasına şərait yaradacaq. Lakin Almaniya millisi «Honka» deyil, dünyanın ən güclü yığmalarındandır».
«Millimiz hər seçmə tsikldə bir sürpriz edir. Sabah yığmamızdan sürpriz gözləyirsinizmi?» sualına Foqtsun cavabı belə olub: «Bu, almanlardan asılıdır. Bizimlə zarafat etsələr, sürpriz olacaq. Almaniyanın güclü tərəflərini bilirik. Amma onlar bizim güclü cəhətlərimizdən xəbərsizdirlər. Ona görə də biz sürpriz etmək iqtidarındayıq. Oyuna ciddi yanaşsalar, böyük hesab qeydə alına bilər. Amma biz də Finlandiya, Uels yığmaları ilə səfər görüşlərimizdə və İspaniya ilə yoldaşlıq görüşünün ilk yarım saatında yaxşı oynamışıq. İspanlarla sonadək vuruşa bilməməyimiz isə həmin vaxt 9 gün ərzində 3 çətin oyuna çıxmağımızla əlaqədar idi».
«Bundestim»in baş məşqçisi Yoahim Lövlə münasibətlərindən danışan təcrübəli mütəxəssis rəqib həmkarı ilə tez-tez zəngləşdiyini bildirib. Lakin o, oyunqabağı heç bir söhbətlərinin olmadığını söyləyib: «Mən Almaniya milli komandasının baş məşqçisi olduğum vaxt Lövü 21 yaşlılardan ibarət yığmaya təklif etmişəm».
Avqustun 8-də keçirilən yığmamızın açıq məşqi zamanı Foqts Almaniyanın qapısına qol vuracaqlarını bildirib. Baş məşqçi fikirlərinin davamı kimi Elvin Məmmədov, Vüqar Nadirov və Vaqif Cavadovun qolçuluq qabiliyyətindən danışıb: «Almanlar da dostsevərdirlər. Bəlkə bizə imkan verərlər ki, qol vuraq».
Rəqibin heyətində hücum xəttində Miroslav Klozenin zədəli olmasının hücum xəttində problemlər yarada biləcəyi ehtimalını inkar edən baş məşqçi Almaniya yığmasının hətta ehtiyat forvardlarının da təhlükəli olduğunu vurğulayıb: «Mən razı olardım ki, Almaniya yığmasının ehtiyat hücumçuları bizim əsas heyətimizdə yer alsınlar. Almanların potensialı güclüdür. Bu yaxınlarda 21 yaşlılar arasında Avropa çempionu olublar. Amma onların Bakıya əsas heyətlə gələcəklərini gözləyirdim. Bu da həmyerlilərimin Azərbaycanla qarşılaşmaya çox ciddi yanaşmalarından xəbər verir. Görün, mənim gənc komandam Almaniya yığmasını necə təsirləndirib ki, bura əsas heyətlə gəliblər».
Foqts əsas heyəti artıq müəyyənləşdirdiyini desə də, açıqlamaqdan imtina edib. Sabah maraqlı oyun olacağını bildirən baş məşqçi 0:0 hesablı heç-heçəyə azərbaycanlı azarkeşlərin də razı olacağını bildirib. Millimizdə çalışdığı müddətdə futbolçuların fiziki hazırlığında 40 faiz irəliləyişə nail olduğunu söyləyən almaniyalı mütəxəssis klublarda məşqlərin azlığından kifayətlənib: «Çempionlar Liqasındakı oyunlarında «Bakı» cəmi bir yerli futbolçunun xidmətindən yararlandı. Ümidvaram ki, FİFA-nın tətbiq edəcəyi yeni qanundan sonra klublar əsas heyətdə ən azı 4 yerli futbolçu oynadacaq».
Almaniyalı jurnalistlərdən birinin «Bakının gözəl şəhər olduğunu dediniz. Buranın nəyi gözəldir?» sualına cavab olaraq, Foqts qonaqlara «Bundestim»in məşqinə getməməyi məsləhət görüb: «Buranın ilk növbədə, insanları gözəldir. Mətbəxi, görməli yerləri var. Ona görə də məsləhətdir ki, Almaniya yığmasının məşqinə getməyib, Bakının gəzməli-görməli yerləri ilə tanış olasınız».
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

928