Almaniya millisi Bakıya səssiz gəldi
10 avqust 2009 10:00 (UTC +04:00)

Almaniya millisi Bakıya səssiz gəldi

Avqustun 12-də futbol üzrə 2010-cu il dünya çempionatının seçmə qrup matçında Azərbaycan milli komandası ilə qarşılaşacaq Futbol üzrə Almaniya milli komandası bu gün saat 17:20 radələrində Bakıya gəlib.

Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında 2008-ci il Avropa çempionatının finalçılarını jurnalistlərlə yanaşı, bir qrup azarkeş də qarşılayıb.

Lakin “Bundestim”in baş məşqçisi Yoahim Löv və onun yetirmələri mətbuata açıqlama vermədən onları gözləyən avtobusa doğru istiqamət götürüblər. Yalnız yarımmüdafiəçi Bastian Şvaynştayger azarkeşlərə avtoqraf verməyə vaxt tapıb.

Qeyd edək ki, Löv sabah saat 12:30-da “Hyatt Regency” otelində mətbuat konfransı keçirəcək. Tədbirdə Almaniya millisinin bir neçə futbolçusunun da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1246

Oxşar yazılar