Dünya çempionları Bakıda!
Türkiyənin paytaxtı Ankarada keçirilən güləş üzrə gənclərin dünya birinciliyində komanda hesabında 3-cü yeri tutmuş Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası avqustun 6-da axşam saatlarında Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar.
Dünya çempionatında çıxış etmiş “klassik” güləşçimizdən 2-si qızıl, 1-i isə bürünc medal qazanıb. Millimizin baş məşqçisi Ağalar Aslanov pəhləvanlarımızın çıxışını əla qiymətləndirib: “Sözün yaxşı mənasında, nəticə göstərmiş idmançılara görə, qaldığımız mehmanxanada otaqdan bayıra çıxa bilmirdik. Digər ölkə nümayəndələri dərhal yaxınlaşıb güləşçilərimizlə bağlı öz fikirlərini söyləyir və onlara heyran olduqlarını deyirdilər. Həqiqətən də idmançılarımız əla çıxış etdilər. Bu sözlər təkcə medal qazanmış güləşçilərə aid deyil. Mən 5-ci yeri tutmuş Rüstəm Əliyev və Murtuza Tağıyev haqda da eyni sözləri deyəmdim. Orxan Əhmədov və Həsən Əliyev isə əvvəldən yarışın favoritləri sayılırdılar və onlar öz çəkilərində həm Avropanın, həm də dünyanvn ən güclüsü olduqlarını sübuta yetirdilər. Bu il gənclər arasında yunan-Roma növündə heç kim həm qitə, həm də dünya çempionatında qızıl medal qazanmayıb. Orxanla Həsəndən başqa. Nəticələrdən çox razıyam”.
Dünya və Avropa çempionu Orxan Əhmədov (55 kq) Ankarada 4 görüşündən 3-ünü Asiya ölkələrinin pəhləvanları ilə keçirdiyini və rəqiblərinin kifayət qədər güclü olduqlarını bildirib. Amma o, bütün rəqiblərini yenməklə Azərbaycan güləş məktəbinin digərlərindən üstünlüyü sübuta yetirdiyini açıqlayıb: “Tbilisidəki Avropa çempionatında qazandığım qələbə məni xeyli ruhlandırmışdı və mən dünya çempionatında da uğurla çıxış edəcəyimə inanırdım. Dünya çempionatında keçirdiyim 4 görüşün 3-də Asiya nümayəndələri ilə qarşılaşdım. Həm finalda qalib gəldiyim İran, eləcə də Qırğızıstan və Qazaxıstan güləşçiləri kifayət qədər güclü rəqiblər idi. Amma nə qədər çətin olsa da, Azərbaycan güləş məktəbinin digərlərindən daha üstün olduğunu sübut etdim və dünya çempionu olduğum üçün çox sevinirəm”.
Digər çempion Həsən Əliyev (60 kq) isə bildirib ki, öz çəkisinin aşkar favoriti sayıldığı halda, çempionluq ona çox çətin başa gəlib. Ağır görüşlər keçirdiyini deyən Avropa və dünya çempionu xüsusən, finalda ötənilki qalib, türkiyəli Rəhman Bilici ilə qarşılaşmasının 1-ci hissəsinin xeyli ağır alındığını doqqətə çatdırıb: “Təbii ki yerli idmançı ilə güləşdiyimdən, hadisələrin istənilən şəkil alacağını gözləyirdim. İlk hissədə edilən xəbərdarlıq da məni ruhdan salmadı. Görüşdən qabaq məşqçi mənə səhv etməməyi və çox diqqətli olmağı tapşırmışdı. Şadam ki sonda qalib gəldim”.
Bürünc mükafatçı Xurşud Babaşov (50 kq) Avropa və dünya birinciliklərində daha yüksək nəticə qazanmaq üçün əlindən gələni etdiyini söyləyib: “Amma görünür, daha artıq çalışmalıyam. Təbii ki, dünya və Avropa birinciliyində qazandığım bürünc medal məni çox sevindirir, amma etiraf edirəm ki, bundan da yaxşı nəticə göstərə bilərdim. Qarşıdakı yarışlarda ən azı finala çıxmağa çalışacağam. Əsas hədəfim isə təbii ki, çempionluq olacaq”.

1061