Çempionlar Liqası: “Rabitə” ilk məğlubiyyətini aldı
Lent.az-ın məlumatına görə, “Rabitə” Çempionlar Liqasının E qrupunda III turun oyununda, “Lokomotiv”, “İqtisadçı” və “Azərreyl” isə Çelenc Kubokunda II mərhələnin ilk görüşündə mübarizə aparıblar.
“Rabitə” Polşanın Bielsko-Biala şəhərində “Aluprof” komandası ilə üz-üzə gəlib. Görüşün qalibi “tay-breyk”də müəyyənləşib. “Aluprof” Azərbaycan çempionunu ilk məğlubiyyətə düçar edib - 3: 2 (25:21, 21:25, 25:18, 20:25, 15:13). Görüşün ən məhsuldar voleybolçusu “Rabitə”nin və Azərbaycan millisinin üzvü Natalya Məmmədova olub. Məmmədova 28 xal toplayıb. “Aluprof”un heyətində isə Natalya Bamber və Yolanta Studzienta hərəyə 18 xal yığıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “Rabitənin baş məşqçisi Deyan Brdoviç deyib: “Biz çoxlu səhvə yol verdik. Gələn həftə Bakıda keçirəcəyimiz cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq”.
“Aluprof”un baş məşqçisi Qrjeqorj Vaqner isə yaxşı taktika quraraq, vacib qələbə qazandıqlarını söyləyib: “Biz çox xoşbəxtik. Amma digər tərəfdən, 3 xal qazanmaq şansımızı itirdik”.
Bundan öncə “Rabitə” Rumıniyanın “Dinamo Romprest” klubunu Buxarestdə 3:0, İtaliyanın “Skavolini” komandasını isə Bakıda 3:1 hesabı ilə yenmişdi. Turun digər qarşılaşmasında “Skavolini” “Dinamo Romprest”i yenib – 3:0 (25:22, 25:19, 25:15). Beləliklə, E qrupunda 3 turdan sonra “Rabitə”, “Skavolini” və “Aluprof” hərəyə 3 qələbə qazanıb, “Dinamo Romprest” isə hər 3 görüşdə uduzub. 3 turdan sonra “Rabitə” 7 xalla liderdir. “Skavolini” və “Aluprof”un hərəyə 5 xalı var. “Dinamo Romprest” isə 1 xalla qrupun sonuncusudur. “Rabitə” növbəti matçını dekabrın 16-da elə “Aluprof”la Bakıda keçirəcək.
Çelenc Kubokunda “Lokomotiv”, “İqtisadçı” və “Azərreyl” II təsnifat mərhələsində artıq ilk görüşlərini başa vurublar. “İqtisadçı” Avstriyanın “Sparkasse” klubuna 3:0 (25:10, 25:4, 25:11) hesabı ilə qalib gəlib. “Azərreyl” də Yunanıstan “Markopulo”sunu eyni hesabla (25:20, 25:11, 25:14) yenib. Hər iki komandamız Bakıda qələbə qazanıb. “Lokomotiv” isə Rusiyada “Omiçka”ya uduzub – 2:3 (22:25, 25:20, 25:20, 21:25, 10:15). “Lokomotiv”lə “İqtisadçı”nın cavab görüşləri dekabrın 14-də, “Azərreyl”inki isə dekabrın 15-də olacaq.

746