Azərbaycan millisi Türkiyə yığmasını ilk dəfə məğlub etmək istəyir
12 oktyabr 2010 19:00 (UTC +04:00)

Azərbaycan millisi Türkiyə yığmasını ilk dəfə məğlub etmək istəyir

Lent.az-ın məlumatına görə, millimiz cari seçmə tsikldə sayca 3-cü matçında Türkiyə yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı rumıniyalı baş hakim Aleksandru Dyakonu idarə edəcək. Ona yan xətt hakimləri qismində həmyerliləri Adrian Radu ilə Vida Ginqulyak, 4-cü hakim kimi Sebastyan Koltesku yardımçı olacaq. Görüş saat 20:00-da başlanacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. Millimizin heyətində müdafiəçi Maksim Medvedev zədə üzündən forma geyinməyəcək. Eyni səbəbdən dayaq yarımmüdafiəçisi Samir Abasovun iştirakı da sual altındadır. Bundan başqa hazırlıq səviyyəsi qənaətbəxş olmadığı üçün Fabio Luis Ramim baş məşqçi Berti Foqtsun istəyilə heyətdən kənarlaşdırılıb. Türkiyə millisinə gəldikdə, əməliyyat olunan Arda Turandan əlavə, dayaq yarımmüdafiəçisi Mehmet Aurelio oynamayacaq. Əslən azərbaycanlı Sərvət Çətin isə meydançaya qoruyucu maska ilə çıxacaq.

Əvvəllər Azərbaycan və Türkiyə yığmaları 5 dəfə qarşılaşıblar. Bunların 4-də “ay-ulduzlular” qalib gəlib, 1-i isə heç-heçə ilə nəticələnib. Qarşılaşmalardan 2-si rəsmi oyuna təsadüf edib.

Yoldaşlıq görüşləri

9 aprel 1996-cı il. Bakı. Azərbaycan – Türkiyə - 0:1
Qol: Rəhim Zəfər

12 aprel 2006-cı il. Bakı. Azərbaycan – Türkiyə - 1:1
Qollar: Rəşad Sadıqov – Hasan Kabze

2 iyun 2009-cu il. Kayseri. Türkiyə - Azərbaycan – 2:0
Qollar: Halil Altıntop, İbrahim Üzülməz

2002-ci il dünya çempionatının seçmə mərhələsi

11 oktyabr 2000-ci il. Bakı. Azərbaycan – Türkiyə - 0:1
Qol: Hakan Şükür

2 iyun 2001. İstanbul. Türkiyə - Azərbaycan – 3:0
Qollar: Tayfun Korkut, Oktay Dərəlioğlu, Hakan Şükür.

Qeyd edək ki, Türkiyə millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində indiyədək 4 oyun keçirib. Səfərdə Qazaxıstana 4:0, öz meydançasında isə Belçikaya 3:2 hesabı ilə qalib gələn “ay-ulduzlular” Almaniyaya uduzublar - 0:3. Azərbaycan yığması indiyədək keçirdiyi 2 səfər görüşündə Almaniyaya 1:6, Avstriyaya isə 0:3 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar