İllümjinov Karpova “mat” verəndən sonra araq içməyə aparıb
01 oktyabr 2010 15:45 (UTC +04:00)

İllümjinov Karpova “mat” verəndən sonra araq içməyə aparıb

Lent.az-ın məlumatına görə, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov “Sport-Ekspress”ə müsahibəsində deyib.

İllümjinov bildirib ki. Karpov FİDE prezidenti seçkisində uduzduqdan sonra onu qələbə münasibətilə təbrik edib: “Buna cavab olaraq, mən seçkiöncəsi hücumları yaddan çıxarmağı və rus ənənəsinə uyğun olaraq, araq içməyi təklif etdim. Karpov razılaşdı. Biz restorana yollandıq, araq içdik və şam etdik”.

Kirsan İllümjinov Anatoli Karpov və Harri Kasparova təşəkkür etməyi də unutmayıb. İllümjinovun fikrincə, məhz Karpov və Kasparovun sayəsində şahmat uzun müddətdən sonra ilk dəfə nəinki Rusiya, bütün dünyada təbliğ olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar