“Unibank” PFL-dən öhdəliklərinə riayət etməyi gözləyir
Lent.az-ın məlumatına görə, bu haqda bank rəsmisi Ramin Vəliyev açıqlama verib. O bildirib ki, oyunlar zamanı stadionlarda 10 banner qoyulmalı olduğu halda, bu saya riayət olunmur. Bəzən hətta meydançanın kənarında cəmi 1 bannerə rast gəlinir. Vəliyev çempionatın lazımi səviyyədə təbliğ olunmamasına daha bir misal kimi oyunların canlı yayımının məhz “Unibank”ın sponsorluğu ilə həyata keçirilməsini göstərib: “Hətta çempionatın ən prinsipial qarşılaşması sayılan “Xəzər Lənkəran” – “Neftçi” matçını heç bir telekanal yayımlamaq istəmirdi. Məhz “Unibank”ın sponsorluğu nəticəsində matçın televiziya ilə canlı yayımı təşkil olundu. Təkcə 15 min azarkeşin deyil, bütün ölkənin bu qarşılaşmanı izləməsini təmin etdik”.
Digər tərəfdən, “Unibank” çempionatın rəsmi adının bəzi mətbu orqanlarda olduğu kimi çəkilməməsindən də narazı qalıb. Vəliyev hətta buna görə bir mətbu orqanla əməkdaşlığa son qoymağı qərara aldıqlarını diqqətə çatdırıb. Onun fikrincə, çempionatın adının Unibank Premyer Liqası kimi göstərilməməsi qərəzli münasibətdən irəli gəlir.
“Unibank” rəsmisi bildirib ki, bütün bu neqativ halların qarşısını almaq üçün tərəfdaşlıq etdikləri Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırıblar. Hazırda o, PFL-dən öz üzərinə düşən öhdəliyi yerinə yetirməsini gözlədiklərini açıqlayıb: “Ötən il PFL-lə yenicə müqavilə bağlamışdıq. Ona görə belə hallara göz yumurduq. Amma indi bu öhdəliklərin yerinə yetirilməsini gözləyirik. PFL-in prezidenti Ramin Musayevlə danışmışıq. O deyib ki, bu məsələ 5-10 günə həll olunmalıdır”.

752