AFFA “Xəzər Lənkəran” və “Neftçi”ni cərimələdi
21 sentyabr 2010 14:46 (UTC +04:00)

AFFA “Xəzər Lənkəran” və “Neftçi”ni cərimələdi

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda “Xəzər Lənkəran”ın ümumilikdə 3000 manat cərimələnməsi barədə qərar çıxarılıb.

Həmin cərimənin 2000 manatının səbəbkarı azarkeşlər olub. Onlar 90+2-ci dəqiqədə meydançaya kənar əşyalar atıblar. Lənkəran komandasının 6 futbolçusu isə sarı vərəqə alıb. Buna görə də kluba əlavə olaraq, 1000 manat cərimə kəsilib.

“Muğan” da cəzasız qalmayıb. Lakin Salyan klubu V turda “Neftçi” ilə görüş vaxtı 4 futbolçusunun sarı vərəqə alması üzündən 1000 manat ziyana düşüb. Elə eyni sayda sarı vərəqə alan oyunçusu olduğu üçün paytaxt komandası da bu qədər cərimələnib.

“Turan”ın futbolçusu Romuald Onana isə “Gəncə” ilə qarşılaşmanın 80-ci dəqiqəsində əllə oyuna görə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi onu 1 oyunluq diskvalifikasiyaya, klubunu isə 200 manat cəriməyə məruz qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar