“Xəzər Lənkəran”dan “Muğan”la oyun zamanı və sonra baş verənlərə rəsmi münasibət gəldi
Lent.az-ın məlumatına görə, Lənkəran komandasının rəsmi saytında yerləşdirilən açıqlamada matçın baş hakimi Anar Salmanovun idarəçiliyindən və Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytından narazılıqlarını ifadə ediblər.
“Xəzər Lənkəran” Salmanovun qərəzli və özbaşına qərarlar qəbul etdiyi qənaətinə gəlib: “Adı çəkilən hakim sarı kartları komandamızın oyunçularına sanki küçədə duran cavan uşaqlar reklam prospektlərini camaata paylayan kimi “paylayırdı”. “Xəzər Lənkəran”ın 6 aparıcı oyunçusu bu hakimin “sayəsində” sarı karta “layiqli” oldular. Düzdür, “Muğan” yaxşı oyun göstərdi, bunun nəticəsidir ki, bizim hücumçularımızın rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağa çox az imkanları oldu. Olanda da... Olanda da Anar Salmanov oyunu dərhal öz fiti ilə dayandırıb futbolçularımızı cəzalandırırdı. Məsələn, oyunun ikinci hissəsində “Xəzər Lənkəran”ın hücumçusu Dieqo Ruiz rəqibin cərimə meydançasına daxil olarkən, “Muğan”ın müdafiəçisi onu yıxdı. Salmanov isə “Muğan”ın qapısına 11 metrlik zərbəni təyin etmək əvəzinə Ruizi “simulyasiyaya” görə sarı kartla “mükafatlandırdı”. Bir az keçmədən yenə də rəqibin cərimə meydançasında hücumçumuz Emeka Opara digər futbolçumuza Uinston Parksa başla gözəl ötürmə etdi və Parksa qalırdı ki, sadəcə “Muğan”ın qapısına yaxın məsafədən bir zərbə endirsin. Belə də olardı, Anar Salmanovun fiti olmasaydı. Bu epizodda Salmanov iddia etdi ki, Opara əllə oynayıb. Sözsüz ki, heç kimdə artıq şübhə yox idi ki, bu hakim öz qərarlarında qərəzli idi”.
Bu ədalətsizliklə barışmaq niyyətində olmadığını bildirən klub rəhbərliyi hakimin oyun zamanı qərəzliyini sübut edən materialları hazırlayıb PFL və AFFA-ya təqdim edəcəyini vurğulayıb.
Digər tərəfdən, “Xəzər Lənkəran”ın rəsmi saytı oyundan sonra baş məşqçi Mirça Rednikin fikirlərinin kobudcasına təhrif olunduğunu və tam çatdırılmadığını yazıb. Belə ki, PFL-in saytına görə, Rednik guya komandasının oyunundan narazıdır və bu məqamı dilə gətirərək söz verib ki, bu nöqsanları aradan qaldıracaq: “Əslində məşqçimiz komandamızın oyunu haqqında ümumiyyətlə heç bir fikir bildirməyib. Rednikin dediklərini olduğu kimi sizə təqdim edirik.
“Bu gün bizim rəqibimiz güclü komanda idi və o yaxşı oyun nümayiş etdirdi”. Komandaların ikisi də qələbə istəyirdilər və qalib çıxa bilərdilər. O ki qaldı hakimliyə, mən heç vaxt hakimlərdən danışmağa xoşlamamışam, lakin bu gün bunu etməyə məcburam – bu gülünc bir hakimlik idi. Hakim bizim ən mühüm futbolçularımızı sarı vərəqə ilə cəzalandırdı. Deyə bilərəm ki, hakim ədalətsiz idi. Amma nə edəsən? Bu həyatdır. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir və biz bu oyuna hazırlaşacayıq”.
Qeyd edək ki, “Muğan” – “Xəzər Lənkəran” matçı 0:0 hesablı heç-heçə ilə nəticələnib.

1239