Daha iki FİFA hakimi “cərimə batalyonu”na göndərildi
16 sentyabr 2010 12:19 (UTC +04:00)

Daha iki FİFA hakimi “cərimə batalyonu”na göndərildi

Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi bakılı referiləri əyalətlərə göndərib.

FİFA referilərindən Anar Salmanov Salyanda “Muğan”la “Xəzər Lənkəran”, Vüsal Əliyev Gəncədə eyniadlı komanda ilə “Turan”, çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev isə Zaqatalada “Simurq”la “Bakı” arasındakı qarşılaşmaları idarə edəcək. Digər beynəlxalq dərəcəli futbol hakimi Fariz Yusifovla futzal üzrə FİFA referisi Elçin Məmmədov I diviziona təyinat alıb. Yusifov “Abşeron” – “Rəvan”, Məmmədov isə “Sumqayıt” – “Neftçi” İSM matçının baş hakimi olacaq.

Mingəçevirdən olan ən yaşlı hakim Rövşən Əhmədov isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AZAL matçına təyinat alıb.

Qeyd edək ki, Elçin Məmmədov ötən tur köməkçiləri Mehman Mahmudov və Aleksandr Musatkinlə birgə “Turan” – “Qəbələ” matçını idarə edib. “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada “Turan” rəhbərliyi hakimlərin idarəçiliyindən narazı qalıb. Mahmudovla Musatkinə qarşıdakı turda oyun verilməyib.

Fariz Yusifov isə “Bakı” – “Gəncə” matçının baş hakimi olub. O, meydan sahiblərinin 2 futbolçusunu meydançadan qovub və daha 8 oyunçuya sarı vərəqə göstərib. Görüşdən sonra “Bakı”nın baş məşqçisi Vinfrid Şefer Yusifovu “Gəncə”nin yarımmüdafiəçisi Romal Hüseynovun kobudluğuna göz yummaqda ittiham edib. Həmin oyunun yan xətt hakimi Orxan Məmmədov isə VI turda MOİK – “Neftçi” görüşünə baş hakim qismində göndərilib.

18 sentyabr (şənbə)
17:00. “Muğan” (Salyan) – “Xəzər Lənkəran”

Hakimlər: Anar Salmanov, Elman Musayev, Elşən Acalov, Fuad Həsənov

17:00. “Gəncə” – “Turan” (Tovuz)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev

19:00. MOİK (Bakı) – “Neftçi” (Bakı)
Hakimlər: Ceyhun Haşımov, Aydın Ələkbərov, Elşən Durmuşov, Hacıəli Ağayev

19 sentyabr (bazar)
17:00. “Qəbələ” – “İnter” (Bakı)

Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Vaqif Musayev, Əmrah İbrahimov

17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İlham Əliyev, Ramil Diniyev

17:10. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q. Hüseynov, Alik Yunusov.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299

Oxşar yazılar