Vaqif Cavadovun xəsarət yetirdiyi futbolçunun zədəsinin ciddilik dərəcəsi açıqlandı
Lent.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, Köln şəhər xəstəxanasında aparılan rentgen müayinə nəticəsində Mertezakerin almacıq sümüyünün sındığı və sol gözünün altında kəsik yaraların olduğu aşkarlanıb.
Lakin “Verder”in müdafiəçisinin əməliyyat olunmasına ehtiyac duyulmayıb. 26 yaşlı futbolçu artıq Kölndən Bremenə göndərilib. O, sentyabrın 11-də “Bavariya” ilə Almaniya çempionatını buraxmalı olacaq.
Qeyd edək ki, Almaniya – Azərbaycan matçının 10-cu dəqiqəsində Vaqif Cavadov ikili mübarizədə dirsəyi ilə Per Mertezakerin sol göz nahiyəsinə xəsarət yetirib. Həkimlər Mertezakerin əvəzlənməsinə qərar verib. Cavadov isə cəzalandırılmayıb. Mertezakerin əvəzinə meydançaya daxil olan Heyko Vestermann ilk qolun müəllifi olub. Cavadovun aktivinə isə yığmamızın yeganə qolu yazılıb. Oyun Almaniyanın 6:1 hesablı qələbəsi ilə nəticələnib.
742