Jerar Ulye yenidən İngiltərə klubunda
Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, 63 yaşlı mütəxəssis rəsmən sentyabrın 9-da ictimaiyyətə təqdim olunacaq.
Ulye transfer siyasəti ilə əlaqədar rəhbərliklə fikir ayrılığı üzündən avqustun 9-da istefa verən Martin O Nili əvəzləyib. Fransa yığmasının texniki direktoru vəzifəsində çalışan təcrübəli mütəxəssis bu postu tərk edərək, Birmingem komandasına getməmişdən öncə Fransa Futbol Federasiyası rəhbərliyi ilə söhbətləşmək fikrindədir. Hələlik onun “Aston Villa”da köməkçisi müəyyənləşməyib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk 3 turunda “Aston Villa” 2 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib. Birmingemlilər “Vest Hem”ə 3:0, “Everton”a 1:0 hesabı ilə qalib gəlsə də, “Nyukasl”a yenilib – 0:6.

Oxşar yazılar

“Yuventus”un ulduzu Kənan Yıldız modellə münasibətini təsdiqlədi - FOTOLENT
27 avqust 2025 , 17:50
Mbappe niyə çətin yaydan sonra həmişəkindən daha güclü görünür?
27 avqust 2025 , 13:15
Azarkeş qalıb kənarda, “alverçi”lər düşüb ortaya: Futbolumuzda “qara bazar” problemi
26 avqust 2025 , 22:39
“Mançester Yunayted”in futbolçusu maaşa görə klubu tərk edir
26 avqust 2025 , 19:31
Keçmiş futbolçu arvadına görə saxlanıldı
26 avqust 2025 , 18:04
Futbolçunu əvəzlədilər, valideynləri imkan vermədi
26 avqust 2025 , 16:08
“Real”ın keçmiş futbolçusu "Bayer"ə keçdi
26 avqust 2025 , 11:32