Azad Rəhimov: “Hələ tezdir, 3-5 il də gözləmək lazımdır”
06 sentyabr 2010 19:31 (UTC +04:00)

Azad Rəhimov: “Hələ tezdir, 3-5 il də gözləmək lazımdır”

Lent.az-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yığmamızın 2012-ci il Avropa çempionatının seçmə mərhələsində yer aldığı A qrupundan növbəti mərhələyə mütləq yüksələcəyini heç kim iddia edə bilməz. Çünki bu, çətin məsələdir.

Nazir futbolumuza uğur və nailiyyətləri növbəti 3-5 ildən sonra gözlədiyini açıqlayıb: “Hələ bunun üçün tezdir. Gənclər və İdman Nazirliyi ilə AFFA-nın birgə layihəsi olan U-13 liqası yaradılıb. Uşaqlar oynamalı, yetişdirilməli, onların arasından seçim aparılmalıdır ki, gələcəkdə yığmamız həqiqətən də güclü olsun”.

Qeyd edək ki, Azərbaycan millisi qarşıdakı seçmə tsikldə ilk matçını sentyabrın 7-də Köln şəhərində Almaniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar