Dünya çempionatı: Türkiyə ¼ finalda
06 sentyabr 2010 10:51 (UTC +04:00)

Dünya çempionatı: Türkiyə ¼ finalda

Türkiyə millisi Fransanı 95:77 hesabı ilə məğlub edərək, ¼ finala yüksəlib. Təşkilatçı ölkə yığmasının növbəti rəqibi Sloveniya olacaq. Sloveniya 1/8 finalda Avstraliyadan üstün olub – 87:58.

Daha bir ¼ final qarşılaşmasında 2006-cı ilin dünya çempionu İspaniya Serbiya ilə üz-üzə gələcək. 1/8 finalda İspaniya Yunanıstanı 80:72, Serbiya isə Xorvatiyanı 73:72 hesabı ilə üstələyib.

Həm Serbiya – İspaniya, həm də Türkiyə - Sloveniya matçları sentyabrın 8-də baş tutacaq.

1/8 final mərhələsinin qalan oyunlarına gəldikdə, sentyabrın 6-da ABŞ Anqolanı, Rusiya Yeni Zelandiyanı, sentyabrın 7-də isə Litva Çini, Argentina Braziliyanı sınağa çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar