Berti Foqts Bakıda 3 oyunu izləyəcək
21 avqust 2010 11:00 (UTC +04:00)

Berti Foqts Bakıda 3 oyunu izləyəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Qarabağ”ın Avropa Liqasının “pley-off” mərhələsi çərçivəsində Almaniyanın Dortmund şəhərində “Borussiya” ilə ilk görüşünü izlədikdən sonra Bakıya gəlib.


Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Foqts Unibank Premyer Liqasının III turunda paytaxtda təşkil olunacaq 3 oyuna baş çəkəcək. Almaniyalı mütəxəssis əvvəlcə iyulun 21-də keçiriləcək “Neftçi” – “Simurq” matçına yollanacaq. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq.


Avqustun 22-də Foqts daha 2 qarşılaşmada iş başında olacaq. O, əvvəlcə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda saat 18:00-da başlanacaq MOİK – “Simurq” matçında olacaq. Oradan isə yığmamızın baş məşqçisi Respublika stadionuna gələrək, “Bakı” – “Qəbələ” matçına baxacaq.


Qeyd edək ki, millimiz sentyabrın 7-də 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində mübarizəyə başlayacaq. Komandamız həmin gün Köln şəhərində Almaniyanın qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar