Avropa çempionlarımız dünya çempionatında 5-ci oldular
21 avqust 2010 10:30 (UTC +04:00)

Avropa çempionlarımız dünya çempionatında 5-ci oldular

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko Polşanın Poznan şəhərində davam edən dünya çempionatında 1000 metr məsafəyə final yürüşündə çıxış ediblər.


Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqda mübarizə aparan Bezuqlıy – Prokopenko dueti həlledici yürüşdə 5-ci yeri tutub.

Avropa çempionlarımız bu məsafəni 3 dəqiqə 39 saniyə 505 mikrosaniyəyə qət edib.

Dünya çempionu adını isə Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) cütlüyü əldə edib. 3 dəqiqə 37 saniyə 317 mikrosaniyə nəticə göstərən bu duet 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi – Andrey və Aleksandr Baqdanoviç qardaşlarını (Belarus) cəmi 8 mikrosaniyə geridə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar