Azərbaycan idmançıları dünya çempionatının finalında
Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko avqustun 19-da Polşanın Poznan şəhərində başlayan dünya çempionatına uğurla start götürüblər.
Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqda çıxış edən Bezuqlıy – Prokopenko dueti 1000 metr məsafəyə seçmə yürüşdə 1-ci yeri tutub. Onlar həmin məsafəni 3 dəqiqə 34 saniyə 98 mikrosaniyəyə qət edərək, Latviya, Çexiya, Kanada, Macarıstan, Böyük Britaniya, Çili və Vyetnamdan olan rəqiblərini qabaqlayıblar. Bununla da kanoeçi duetimiz yarımfinalda iştirak etmədən, birbaşa əsas finala vəsiqə qazanıb. Final yürüşü avqustun 21-də olacaq.
Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr və 200 metr məsafələrə yürüşlərdə də mübarizə aparacaq.

553