“Borussiya” - “Qarabağ” matçına 4 saat qaldı
Avqustun 19-da futbol üzrə Avropa Liqasında “pley-off” mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” Almaniyanın Dortmund şəhərində “Borussiya” klubu ilə üz-üzə gələcək.
“Signal İduna Park” stadionunda təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) başlanacaq. Oyunu rumıniyalı referi Pavel Kristian Balay idarə edəcək.
“Borussiya” 2010-2011-ci il Avropa kubokları mövsümündə ilk görüşünü keçirəcəyi halda, “Qarabağ” artı q 3 mərhələ adlayıb. Ağdam komandası ardıcıl olaraq, “Metallurq” (Makedoniya), “Portadaun” (Şimali İrlandiya) və “Visla” (Polşa) klublarını üstələyib. Təmsilçimiz 6 görüşün heç birində uduzmayıb. Digər tərəfdən, Dortmund komandası Avropa kuboklarında 7 ildir öz meydançasında qələbə qazana bilmir. “Sarı-qaralar” sonuncu dəfə 2003-cü il oktyabrın 15-də Avstriyanın “Austriya” klubunu minimal hesabla yenib – 1:0.
Baş məşqçi Qurban Qurbanovun komandası “Borussiya” ilə oyuna ciddi hazırlaşıb. Avqustun 16-dan Almaniyada olan “Qarabağ” biri oyunun keçiriləcəyi stadionda olmaqla, Dortmundda 3 məşq keçirib. Ağdam klubunun heyətində yeganə itki zədə üzündən uzun müddətə sıradan çıxan Əfran İsmayılovdur. Amma bunu kifayət qədər ciddi itki saymaq olar. İsmayılov Avropa Liqasında 6 görüşdə 5 qol vurub və “Qarabağ”ın bombardiri sayılır. Onu hansı futbolçunun əvəzləyəcəyi hələ məlum deyil.
“Borussiya”nın heyətində isə 2 aparıcı futbolçu oynamayacaq. 32 yaşlı sol cinah yarımmüdafiəçisi Dede zədə üzündən meydançaya çıxmayacaq. Misirli forvard Məhəmməd Zidan isə hazırda vətəni Misirdə zədəsinin bərpası ilə məşğuldur. Üstəlik, paraqvaylı hücumçu Nelson Valdes İspaniya çempionatının debütantı “Herkules”ə keçib.
“Qarabağ”ın futbolçuları “Borussiya” ilə ilk oyuna uduzmamaq üçün çıxacaqlar. Bunu komandanın vitse-kapitanı və qapıçısı Fərhad Vəliyev bir neçə gün öncə Lent.az-a müsahibəsində bildirib. Baş məşqçi Qurban Qurbanov isə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında “Qarabağ”ın sona qədər vuruşacağını və təslim olmayacağını söyləyib.
“Borussiya”nın baş məşqçisi Yurgen Klopp isə oyunun komandası üçün asan gəzinti xarakteri daşımayacağını bildirsə də, növbəti mərhələyə yüksəlmək vəzifəsinin öhdəsindən elə ilk oyundaca gəlmək istədiklərini açıqlayıb.
Qeyd edək ki, 82 min 700 nəfərlik tamaşaçı tutumuna malik “Signal İduna Park” stadionunda oynayacaq “Qarabağ” azarkeş dəstəyindən məhrum olmayacaq. Görüş öncəsi klub rəhbərliyi Dortmund şəhəri və onun yaxınlığında yaşayan türklərə müraciət edərək, Azərbaycan klubunu dəstəkləməyə çağırıb. AFFA rəhbərliyi isə 400 bilet alaraq, azərbaycanlı azarkeşlərə paylayıb.

515