Berti Foqts: “Ağdam Ermənistan tərəfindən işğal olunub” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Borussiya” – “Qarabağ” oyunu haqda fikirlərini açıqlayıb.
- Cənab Foqts, “Borussiya” – “Qarabağ” matçını izləyəcəksinizmi?
- Əlbəttə ki, izləyəcəyəm. Sonra isə bu komandaların Bakıdakı oyununda da olacağam.
- Bu qarşılaşmadan nə gözləyirsiniz?
- “Qarabağ” çox iddialı, oyunlara yaxşı köklənən komandadır. Onlar Polşanın “Visla” klubu üzərində inamlı qələbə qazandılar. Bu komanda Azərbaycanın ən yaşı klublarından biridir. Bir sözlə, “Borussiya”nın işi asan olmayacaq. Yurgen Klopp da bunu bilir.
- Sizcə, “Qarabağ”ın hər hansı şansı var?
- Təbii ki, “Borussiya” aşkar favoritdir. “Qarabağ”ın qələbəsi isə dünyanın əsl möcüzəsi olacaq.
- Əgər “Qarabağ”ın baş məşqçisi olsaydınız, komandanızı oyuna necə kökləyərdiniz?
- “Borussiya” kimi Ağdam təmsilçisinin də öz baş məşqçisi var. Mən “Qarabağ”dan danışsam, dortmundlular bundan xəbər tutacaqlar. Axı Klopp qəzet oxumağı sevən məşqçilərdəndir.
- Niyə “Qarabağ” oyunlarını öz meydanında keçirmir?
- Onların təmsil etdiyi şəhər Ermənistan tərəfindən işğal olunub. Ona görə də bu mümkün deyil. Lakin məsələyə futbol tərəfindən yanaşsaq, onsuz da gənc futbolçuların əksəriyyəti paytaxt uşaqlarıdır.
- Bu klubun neçə oyunçusu rəhbərlik etdiyiniz yığmanın üzvüdür?
- Sonuncu dəfə 4 nəfər idilər. Çünki Küveytlə matçda onları yormaq istəmirdim. Axı onlar qarşıdakı “Borussiya” ilə oyunlara da hazırlaşmalı idilər.
- Azərbaycanın üçüncü komandasını Almaniyanın Regional Liqasının üçüncü komandası ilə müqayisə etmək olar?
- Məgər Regional Liqanın 3-cü komandası “Visla”nı məğlub edə bilər? Əlbəttə ki, belə müqayisə mümkün deyil. Qarşıdakı oyunları da səbirsizliklə gözləyirəm.
- “Borussiya” Azərbaycanda populyardır?
- Əksər azərbaycanlı azarkeşlər bu komandanı yaxşı tanıyır.

617