Vitali Kliçkonun növbəti rəqibi açıqlandı
Ümumdünya Boks Şurasının (WBO) versiyası üzrə dünya çempionu Vitali Kliçkonun növbəti rəqibi müəyyənləşib.
Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, ukraynalı peşəkar boksçu Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə sabiq dünya çempionu Şennon Briqqslə (ABŞ) üz-üzə gələcək.
Döyüş oktyabrın 16-da Almaniyanın Hamburq şəhərindəki “O2 World Arena”da keçiriləcək. Görüş barədə rəsmi açıqlama yaxın günlərdə veriləcək. Bilet satışına isə avqustun 31-də başlanılacaq. Döyüş öncəsi Vitali Kliçko Şennon Briqqsi çox güclü rəqib və ən təsirli zərbələrin sahibi kimi təqdim edib. 38 yaşlı amerikalı isə ukraynalı rəqibini pensiyaya göndərəcəyinə söz verib.
Qeyd edək ki, Şennon Briqqs 2006-cı ildə WBO versiyası üzrə dünya çempionu olub. Bundan bir il sonra o, çempionluq titulunu rusiyalı Sultan İbrahimova uduzub. Briqqs ümumilikdə peşəkar rinqdə 58 döyüşə çıxıb, 45-i nokautla olmaqla, 51 qələbə qazanıb, 5 məğlubiyyət alıb, 1 görüşü heç-heçə ilə nəticələnib, 1-i isə baş tutmamış sayılıb. Vitali Kliçko isə peşəkar karyerası ərzində 42 döyüş keçirib, 38-i nokautla olmaqla, 40-nı qazanıb və 2-ni uduzub. O, sonuncu dəfə titulunu mayda polşalı Albert Sosnovski ilə qarşılaşmada müdafiə edib.

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04