Çempionlar Liqası: “Fənərbağça”nın qənimi böyük hesablı qələbəni qaçırdı
18 avqust 2010 10:15 (UTC +04:00)

Çempionlar Liqası: “Fənərbağça”nın qənimi böyük hesablı qələbəni qaçırdı

Futbol üzrə Çempionlar Liqasında “pley-off” mərhələsinə 5 görüşlə start verilib.



Lent.az-ın məlumatına görə, Rusiyanın “Zenit” klubu Fransa “Oser”inə minimal hesabla qalib gəlib.


Ukrayna “Dinamo”su Kiyevdə Hollandiya “Ayaks”ı ilə heç-heçə edərək, cavab oyununda işini çətinə salıb. Ötən mərhələdə Türkiyənin “Fənərbağça” klubunu üstələyən İsveçrə “Yanq Boyz”u bu dəfə İngiltərə “Tottenhem”i üzərində böyük hesablı qələbəni qoruya bilməyib. Qonşu ölkə komandalarının “duel”ində Slovakiya “Jilina”sı Çexiyada “Sparta”nın, “Rusenborq” isə Norveçdə Danimarkanın “Kopenhagen” komandasının qapısından 2 top keçirib.


17 avqust

“Rusenborq” (Norveç) – “Kopenhagen” (Danimarka) – 2:1
Steffen İversen, 23. Markus Henriksen, 57 – Yesper Qronkyaer, 84

“Sparta” (Praqa, Çexiya) – “Jilina” (Slovakiya) – 0:2
Mamodu Sissey, 51. Tomaş Oravets, 73

“Yanq Boyz” (İsveçrə) – “Tottenhem” (İngiltərə) – 3:2
Senad Luliç, 4. Anri Bienvenyu, 13. Ksavye Xoxştrasser, 28 – Sebastyen Bassonq, 42. Roman Pavlyuçenko, 83

“Zenit” (Rusiya) – “Oser” (Fransa) – 1:0
Aleksandr Kerjakov, 3

“Dinamo” (Kiyev, Ukrayna) – “Ayaks” (Hollandiya) – 1:1
Oleq Qusev, 66 – Yan Vertongen, 57

“Pley-off” mərhələsinin ilk oyunlarına avqustun 18-də baş tutacaq daha 5 matçla yekun vurulacaq:

“Zalsburq” (Avstriya) – “Hapoel” (Təl-Əviv, İsrail)

“Bazel” (İsveçrə) – “Şerif” (Moldova)

“Partizan” (Serbiya) – “Anderlext” (Belçika)

“Braqa” (Portuqaliya) – “Sevilya” (İspaniya)

“Verder” (Almaniya) – “Sampdoriya” (İtaliya)

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Cavab görüşləri 24-25 avqustda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar