Avropa Liqası: “Beşiktaş” və “Aris”dən qələbəli start
Futbol üzrə Avropa kuboklarında “pley-off” mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, Avropa Liqasında çıxış edən Türkiyənin “Beşiktaş” klubu Finlandiyanın HİK komandasını qəbul edib.
Oyun “qartallar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. 35-ci dəqiqədə Rikardo Kuarejmanın ötürməsindən sonra yeni transfer Roberto Hilbert hesabı açıb. 64-cü dəqiqədə isə Kuarejmanın özü gözəl qolla yekun nəticəni müəyyənləşdirib. Digər qarşılaşmada “Aris” (Yunanıstan) öz meydançasında “Austriya” (Vyana) klubunu məğlub edib – 1:0.
Avropa Liqasının “pley-off” mərhələsinin qalan oyunları avqustun 19-da olacaq. Həmin gün Azərbaycan təmsilçisi “Qarabağ” Almaniyanın Dortmund şəhərində “Borussiya”nın qonağı olacaq. Cavab görüşü avqustun 26-da Helsinkidə keçiriləcək.

695