Ən yaxşı futbolçu adına iddiaçılar açıqlandı
17 avqust 2010 11:30 (UTC +04:00)

Ən yaxşı futbolçu adına iddiaçılar açıqlandı

UEFA ötən mövsümün yekunlarına əsasən, ənənəvi olaraq Monakoda verilən fərdi mükafata iddialı 12 futbolçunun adını açıqlayıb.


Lent.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu adına hər amplua üzrə 3 futbolçu namizəddir.


Onlardan biri isə 2009-2010-cu il mövsümünün ən yaxşı oyunçusu sayılacaq. Təntənəli mərasim avqustun 26-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı baş tutacaq.


Səsvermə hüququ ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan 16 komandanın baş məşqçilərinə verilib. Onlar hər bir amplua üzrə ən yaxşı futbolçuya səs verməli, habelə, qitənin ən yaxşı klub turnirinin ən yaxşı oyunçusunu müəyyənləşdirməlidirlər.


12 nominantdan biri ötən mövsümün ən yaxşı futbolçusu üçün mükafata layiq görüləcək. Avqustun 26-da Monakodakı “Grimaldi Forum” mərkəzində keçiriləcək mərasim avqustun 26-da Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Namizədlərin siyahısı:

İlin qapıçısı

Julio Sezar (“İnter”, İtaliya)
Uqo Lyoris (“Lion”, Fransa)
Viktor Valdes (“Barselona”, İspaniya)


İlin müdafiəçisi

Lusio (“İnter”, İtaliya)
Maykon (“İnter”, İtaliya)
Jerar Pike (“Barselona”, İspaniya)


İlin yarımmüdafiəçisi

Xavi Ernandes (“Barselona”, İspaniya)
Aryen Robben (“Bavariya”, Almaniya)
Uesli Sneyder (“İnter”, İtaliya)

İlin hücumçusu

Lionel Messi (“Barselona”, İspaniya)
Dieqo Milito (“İnter”, İtaliya)
Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar