Hafiz Məmmədov “Bakı”nın bütün əməkdaşlarını istefaya göndərdi
“Bakı”nın prezidenti Hafiz Məmmədov futbol klubunun idarə heyətinin və texniki işçilərinin istefasını qəbul edib.
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə “Bakı”nın idarə heyətinin geniş iclasında qərar verilib.
Qərara əsasən, Hafiz Məmmədov yaxın günlərdə klubun müasir tələblərə cavab verən yeni idarəetmə strukturunu yaradacaq.
Qeyd edək ki, “Bakı” klubu 2009/2010-cu il mövsumündə Azərbaycan kubokunun qalibi kimi Avropa Liqasında iştirak hüququ qazanıb. Turnirə II təsnifat mərhələsindən qoşulan paytaxtın eyniadlı komandası Çernoqoriya “Budiçnost”unu ilk oyunda 2:1 hesabı ilə yenib. Matç qurtardıqdan sonra növbəti gün UEFA Nizam-İntizam Komitəsi tərəfindən klubun ünvanına UEFA qaydalarını pozaraq cəzalı futbolçu Joel Epalleni meydana çıxmasının yolverilməz olması barədə məktub daxil olub. Sənəddə bildirilib ki, bu məsələ iyunun 22-də UEFA Nizam-İntizam Komitəsində müzakirə ediləcək. Həmin komitə də öz növbəsində “Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Cavab oyununda da “Bakı” “Buduçnost”a 2:1 hesabla qalib gəlsə də növbəti mərhələyə çıxa bilməyib və Avropa Liqasından kənarda qalıb.
“Bakı” rəhbərliyi baş verənləri klubun idarə heyətinin, texniki işçilərinin və futbolçuların transferi ilə məşğul olan şəxslərin səhlənkarlığının nəticəsi kimi dəyərləndirib. İşdə yol verilmiş kobud səhvdən sonra klubun idarə heyəti və texniki işçiləri tam heyətlə istefa verib.

576