“Xəzər Lənkəran”da daha bir rumıniyalı
11 avqust 2010 10:15 (UTC +04:00)

“Xəzər Lənkəran”da daha bir rumıniyalı

“Xəzər Lənkəran” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, rumıniyalı yarımmüdafiəçi Adrian Sorc İordake ilə 2 illik müqavilə imzalanıb.

29-yaşlı İordake karyerasına 15 yaşında ölkəsinin III divizionunda oynayan “Forestierul Stilpeni” klubunda başlayıb. Daha sonra o, “Dinamo” Buxarest (1999-2005) komandasının şərəfini qoruyub, Çempionlar Liqasında iştirak edib və bu klubda 2003, 2004 və 2005-ci illərdə Rumıniyanın ən yaxşı mərkəz müdafiəçisi titulunu qazanıb. Mərkəz oyunçusu 2005-ci ildə “Dinamo”dan Rusiyanın “Şinnik” (Yaroslavl) komandasına keçib və orada iki il çıxış edib. Onun transferinə Rusiya klubu 1 milyon avroya yaxın pul xərcləyib. Bu, o zaman üçün transferə çıxarılmış rumıniyalı futbolçular arasında ən yüksək göstərici idi.

Daha sonra futbolçu “Şinnik”i tərk edərək vətəninə qayıdıb və 2007-ci ildə “Arceş” (Piteşti) klubuna keçib. Həmin il futbolçu Kiprə yollanıb və 2007-2008-ci il mövsümündə “ALKİ”, 2008-2009-cu il mövsümündə isə “AEL” (Limasol) klublarının formalarını geyib. Son bir ildə o, Rumıniyanın “Rapid” komandasında oynayıb.

Adrian İordake subaydır, ingilis və qismən rus dillərində danışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar