Yoldaşlıq görüşləri: Braziliya uddu, İtaliya uduzdu
Dünyanın futbol meydanlarında növbəti yoldaşlıq görüşlərinə start verilib.
Lent.az-ın məlumatına görə, 5 qat dünya çempionu Braziliya səfərdə ABŞ yığmasını məğlub edib. İst-Ruterford şəhərindəki “Medoulens” stadionunda baş tutan qarşılaşmanı 77 min azarkeş izləyib. “Pentakampeonlar” bu oyuna yeni baş məşqçi Mano Menezanın rəhbərliyi altında çıxıblar.
18-ci dəqiqədə “Santos”un 18 yaşlı hücumçusu Neymar hesabı açıb. Bundan 2 dəqiqədə sonra İtaliyanın “Milan” klubunda çıxış edən Aleşandro Pato yekun nəticəni müəyyənləşdirib – 2:0. Həm Neymar, həm də Patonu əvvəlki baş məşqçi Karlos Dunqa dünya çempionatına aparmayıb.
Digər yoldaşlıq görüşlərinə gəldikdə, 4 qat dünya çempionu İtaliya millisi yeni baş məşqçi Çezare Prandellinin rəhbərliyi altında ilk matçında Fildişi sahili yığmasına uduzub – 0:1. London şəhərindəki “Upton Park” stadionunda təşkil olunmuş qarşılaşmada yeganə qolu 54-cü dəqiqədə Kolo Ture vurub.
Bosniya və Herseqovina – Qətər matçı isə heç-heçə ilə nəticələnib – 1:1. 9-cu dəqiqədə Vedad İbişeviç bosniyalıları hesabda irəli çıxarıb. Ərəblərin cavabı 60-cı dəqiqədə Vesam Rizqin penalti zərbəsi ilə gəlib.

610