Yenə başladılar...
Futbol üzrə Unibank Premyer Liqasının I turu arxada qalar-qalmaz təqvimdə dəyişiklik baş verib.
Lent.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL və "Gəncə" klubları avqustun 22-də öz aralarında keçirilməsi nəzərdə tutulan III tur qarşılaşmasının bir gün tez təşkilini istəyib.
Onların PFL-ə ünvanladıqları qarşılıqlı müraciət məktubu müsbət cavablandırılıb. Nəticədə matçın avqustun 21-də baş tutması qərara alınıb. Amma “Gəncə” və AZAL-ın nəyə əsasən avqustun 22-də oynamaq istəmədikləri açıqlanmır.
Qeyd edək ki, Unibank Premyer Liqasında ötən mövsüm də ilk iki turda “Qarabağ”la “Bakı”nın oyunları təxirə salınmışdı.

751