“Qarabağ”ın oyunu təxirə salındı
Peşəkar Futbol Liqası (PFL) Unibank Premyer Liqasının təqvimində daha bir dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, qurumun prezidenti Ramin Musayev Ağdamın “Qarabağ” klubunun II turda “Gəncə” ilə keçirəcəyi qarşılaşmanın avqustun 15-dən başqa vaxta təxirə salınmasını əmr edib.
Lakin başqa vaxtın tarixi açıqlanmır. Təxirəsalmaya “Qarabağ”ın Avropa Liqasının “pley-off” mərhələsində iştirakı və klubun PFL-ə ünvanladığı məktub səbəb olub.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “pley-off” mərhələsində Almaniyanın “Borussiya” komandası ilə ilk oyununu avqustun 19-da Dortmundda, cavab görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

594